Fossillər Təkamülü Təkzib Edir


Darvinizmin Saxta İddiaları

Təkamül nəzəriyyəsi, bütün canlıların bir-birlərindən törədiklərini iddia edir. Buna görə əvvəldən var olan canlı növü zaman keçdikcə digərinə çevrilmiş və bütün növlər bu şəkildə ortaya çıxmışdır. Nəzəriyyəyə görə bu çevrilmə yüz milyonlarla illik dövr ərzində baş vermiş və mərhələ-mərhələ irəliləmişdir.

Bu halda, bir canlının digərinə iddia edilən uzun çevrilmə prosesi zamanı saysız aralıq növlərin meydana gəlmiş və yaşamış olmaları lazımdır. Bu iddiaya görə keçmişdə balıq xüsusiyyətlərini daşımasına baxmayaraq, bir tərəfdən də bəzi sürünən xüsusiyyətləri qazanmış yarı balıq-yarı sürünən canlılar yaşamalıdır. Və yaxud sürünən xüsusiyyətlərini daşımaqla yanaşı, həmçinin bəzi quş xüsusiyyətləri qazanmış sürünən-quşlar meydana çıxmalıdır. Bunlar keçid dövründə olduqları üçün də şikəst, natamam, qüsurlu canlılar olmalıdır. Təkamülçülər keçmişdə yaşadıqlarını fərz etdikləri bu xəyali canlıları “aralıq-keçid forması” adlandırırlar.İlk öncə onu qeyd edək ki, təkamülçülər tərəfindən ortaya atılan bütün iddialar kimi bu iddia da heç bir dəlilə və ya təcrübəyə söykənmir. Əgər təkamülçülərin iddia etdiyi kimi həqiqətən bu cür canlılar keçmişdə yaşayıblarsa o zaman bunların sayı və növləri milyonlarla, hətta milyardlarla olmalıdır. Və bu keçid mərhələlərdə meydana çıxan əcaib canlıların qalıqlarına mütləq fossil qalıqlarında rast gəlinməlidir. Çünki bu ara keçid formalarının sayı bu gün bildiyimiz heyvan növlərindən də çox olmalı və dünyanın hər tərəfi fossiləşmiş ara-keçid forması qalıqlarıyla dolu olmalıdır. Təkamül nəzəriyyənin qurucusu Çarlz Darvin “Növlərin Mənşəyi” adlı əsərində bunu belə açıqlamışdır:



Dəniz ulduzu: Təxminən 500 milyon illik bu dəniz ulduzu fosili, dəniz ulduzunun bütün detallarının çox yaxşı qorunduğu nadir nümunələrdən biridir. Digər yüz minlərlə fosil kimi bu fosil də, canlıların təkamül keçirmədiklərini, yüz milyonlarla ildir heç bir dəyişikliyə uğramadıqlarını söyləyir. Təxminən yarım milyard il əvvəlki dəniz ulduzlarıyla, günümüzdəki dəniz ulduzları arasında heç bir fərq yoxdur.

“Əgər nəzəriyyəm doğrudursa, növləri bir-birinə bağlayan saysız ara-keçid növləri mütləq yaşamalıdır… Bunların yaşadıqlarının dəlilləri də yalnız fossil qalıqlarında tapıla bilər.” (Charles Darwin, The Origin of Species, s. 179)

Ancaq bu sətirləri yazan Darvin ara formaların fossillərinin heç cür tapılmadığını bilirdi. Bunun nəzəriyyəsi üçün böyük çətinlik meydana gətirdiyini də görürdü. Buna görə də Növlərin Mənşəyi kitabının “Nəzəriyyənin Problemləri” adlı hissəsində belə yazmışdı:

“Əgər həqiqətən növlər o biri növlərdən yavaş dəyişikliklərlə törəmişdirsə, niyə saysız-hesabsız ara-keçid formasına rast gəlmirik? Niyə bütün təbiət qarışıqlıq halında deyil, tam olaraq təyin olunmuş və hər şey öz yerindədir? (Charles Darvin, The Origin of Species, s. 172, 280.)

Darvinin bu problemləri vurğulamasından 100 ildən çox keçdiyinə baxmayaraq, var olduğu iddia edilən ara-keçid formalarından əsər-əlamət yoxdur. Bir dənə də olsun ara-keçid formasının yoxluğu, təkamül nəzəriyyəsinin etibarsızlığını sübut etməyə kifayətdir.
(məqalə harun yahya)