Yanlış İnanc: Təkamül Nəzəriyyəsi Gələcəkdə Sübut Oluna Bilər



Təkamül nəzəriyyəsini müdafiə edən bəzi insanlar çıxılmaz vəziyyətdə qaldıqda “bu günkü elmi faktlar təkamül nəzəriyyəsini dəstəkləməsə də, gələcəkdə təkamülü dəstəkləyən elmi irəliləyişlərin olacağı”nı iddia edirlər.

Əslində belə iddia ilə təkamülçülər elmi sahədəki məğlubiyyətlərini etiraf edirlər. Bu iddiada gizlənmiş həqiqəti belə ifadə edə bilərik: “Bəli, təkamül nəzəriyyəsi müdafiəçiləri olaraq müasir elmi nailiyyətlərin bu nəzəriyyənin əsassızlığını sübut etdiyini qəbul edirik. Buna görə də bu mövzunu gələcəyə həvalə etməkdən başqa çarəmiz yoxdur”.

Ancaq elm bu məntiqlə işləmir. Bir elm adamı nəzəriyyəyə bu qədər kor-koranə bağlanaraq gələcəkdə bu nəzəriyyəni sübut edəcəyini güman etdiyi dəlillərin xəyalını qurmaz. Elmin funksiyası, mövcud faktları tədqiq etmək və onlardan nəticə çıxarmaqdır. Ona görə elm adamları da elmi faktlarla sübut edilən yaradılış həqiqətini qəbul etməlidirlər. Ancaq belə təkamülçü təlqin və təbliğat, xüsusilə nəzəriyyə ilə bağlı az məlumata malik olan bəzi insanlara təsir edir. Buna görə də cavabın da ortaya qoyulması faydalıdır.

Təkamül nəzəriyyəsinin əsaslı olduğunu üç sual ilə müəyyən etmək mümkündür:

1. İlk canlı hüceyrəsi necə əmələ gəlmişdir?
2. Bir canlı növü digərinə necə çevrilir?
3. Canlıların təkamül keçirdiyinə dair dəlillər, yəni fosillər mövcuddurmu?
XX əsr ərzində təkamül nəzəriyyəsinin mütləq cavablandırması lazım olan bu üç sual ilə bağlı bir çox ciddi araşdırmalar aparılmışdır. Araşdırmaların üzə çıxardığı həqiqət budur ki, bu üç suala təkamül nəzəriyyəsi cavab tapa bilmir. Sualları bir-bir tədqiq etdikdə bu həqiqətlərlə qarşılaşırıq:

1. “İlk hüceyrə”nin necə yarandığının açıqlanması təkamül tərəfdarları üçün ən böyük müəmmaya çevrilmişdir. Bu mövzudakı araşdırmalar canlı hüceyrəsinin təsadüf anlayışı ilə açıqlanmayacaq qədər mükəmməl olduğunu üzə çıxarmışdır. Nobel mükafatına layiq görülmüş Fred Hoyl bu həqiqəti belə ifadə edir:

“Təsadüflər nəticəsində bir hüceyrənin meydana gəlməsi, tullantı şəklindəki metal yığınından qasırğa ilə sovrulması nəticəsində təsadüfən Boinq 747 təyyarəsinin əmələ gəlməsi qədər mümkünsüzdür.” (1)



Burada təkamülçülərin təhrifini daha yaxşı anlamaq üçün bir misala baxaq. Həyatı boyu daha əvvəl heç saat görməmiş, tənha adada yaşayan bir insanın ilk dəfə divar saatını gördüyünü təsəvvür edək. 100 metr uzaqdan divar saatını görən bu insan, saatı tam şəkildə nəzərdən keçirməyərək küləyin sovurduğu toz-torpaq vasitəsilə meydana gələn hər hansı bir cisimdən fərqləndirməyə bilər. Yaxınlaşıb diqqətlə baxdıqda isə bu yolla əmələ gəldiyinə şübhə etməz. Ancaq sonra bu alətin xüsusiyyətlərini və burada üzə çıxan sənəti tədqiq etmək istəsə və içini açaraq ətraflı tədqiq etdikdə saatın kənardan göründüyündən daha böyük məlumat bankının və ağılın nəticəsi olduğunu üzə çıxarar. Daha dərindən tədqiq etdikcə bu nəticəni daha da dəqiqləşdirər.

Elmin irəliləyişi ilə canlılar haqqındakı həqiqətlərin dərk edilməsi saatı tədqiq edən şəxsin vəziyyətinə bənzəyir. Elmi irəliləyişlər canlılardakı mükəmməlliyi ümumi sistem, orqan, toxuma, hüceyrə və hətta molekul səviyyəsində üzə çıxarmışdır. Hər yeni təfərrüatın başa düşülməsi yaradılışın möhtəşəmliyini daha yaxşı anlamağa kömək edir. Hüceyrəni içi “gel dolu köpük” kimi qəbul edən XIX əsr təkamülçüləri bu yanaşma tərzilə yuxarıda qeyd etdiyimiz misaldakı saata 100 metr uzaqlıqdan baxan adam kimidirlər. Hər bir hissəsi ayrı bir sənət və yaradılış nümunəsi olan hüceyrənin möhtəşəm quruluşunu qəbul etməyən heç bir elm adamı yoxdur. Sadəcə mikroskopla görə bildiyimiz bu kiçik hüceyrənin təkcə qılafı belə özündə çox böyük ağılı ehtiva edir. Ətrafındakı atomları, zülalları, molekulları eynilə şüurlu varlıq kimi tanıyır və yalnız ehtiyacı olanları daxilinə qəbul edir (Ətraflı məlumat üçün bax: Harun Yəhya, Hüceyrədəki şüur). Saatdakı məhdud məlumat və məhdud ağılın əksinə, canlı orqanizmlər sonsuz ağlın və yaradılışın nümunələridir. Quruluşları və funksiyaları hələ qismən kəşf edilmiş canlı formalar üzərində hər gün daha hərtərəfli və ətraflı şəkildə aparılan tədqiqatlar təkamülü sübut etmək bir kənara, yaradılış həqiqətinin daha yaxşı dərk edilməsinə kömək edir.

2. Təkamülçülər bir canlı növünün mutasiya və təbii seçmə yolu ilə digər bir canlıya çevrildiyini iddia edirlər. Bununla bağlı aparılan bütün araşdırmalar hər iki mexanizmin heç bir təkamül xarakteri daşımadığını göstərmişdir. Tanınmış təkamülçü İngiltərə Təbiət Tarixi Muzeyinin baş paleontoloqu Kolin Paterson bu həqiqəti belə ifadə edir:



“Heç kəs təbii seçmə mexanizmlərilə yeni növ əmələ gətirə bilməmişdir. Heç kəs bunun bacarmamışdır. Bu gün neo-darvinizmin ən çox mübahisə doğuran tərəfi də budur.” (2)

Mutasiya ilə bağlı aparılan tədqiqatlar da mutasiyanın təkamülləşdirici xarakter daşımadığını göstərmişdir. ABŞ-dan genetika alimi B.G. Ranqanatan belə deyir:

“Mutasiyalar kiçik, təsadüfi xarakter daşıyır və zərərlidir. Çox nadir hallarda meydana gəlir və təsirsizdirlər. Bu dörd xüsusiyyət mutasiyaların təkamül xarakterli irəliləyişə səbəb olmadığını göstərir.” (3)

Göründüyü kimi təkamül nəzəriyyəsinin növlərin əmələ gəlməsilə bağlı irəli sürdüyü mexanizmlər tamamilə təsirsiz, hətta əksinə, zərərlidir. Elm və texnologiya səviyyəsində bu həqiqətləri üzə çıxarmaq hələ mümkün olmadığı dövrlərdə fantastik ssenarilər şəklində irəli sürülən bu mexanizmlərin elmin irəliləyişi sayəsində heç bir inkişaf və təkamül xüsusiyyətinin olmadığı başa düşülmüşdür.

3. Fosillər də canlıların təkamül prosesilə əmələ gəlmədiyini və möhtəşəm “yaradılış” əsəri kimi birdən-birə meydana gəldiyini göstərir. Tapılan bütün fosillər bu həqiqəti dəfələrlə vurğulamışdır. Tapılacaq fosillərin də bu vəziyyəti dəyişdirməsi ehtimalının olmadığını Harvard Universitetindən paleontoloq Naylz Eldrec belə açıqlayır:

“Bütün dəlillər fosillərin ortaya qoyduğu nəticənin doğru olduğunu göstərir: (Fosil izlərində) gördüyümüz boşluqlar həyatın necə meydana gəldiyini əks etdirir, bunlar fosillərin azlığından irəli gəlmir.” (4)

Başqa bir amerikalı paleontoloq R. Uesson da 1991-ci ildə dərc edilmiş “Təbii seçmədən kənar” adlı kitabında “fosil izlərindəki boşluqların həqiqi və faktiki” olduğunu belə açıqlayır:

“Fosil izlərində boşluqların olduğu həqiqətdir. Hər hansı (təkamül xarakterli) əcdadın olduğunu göstərən fosillərin yoxluğu son dərəcə açıqdır. Növlər əsasən çox uzun dövrlər ərzində dəyişmədən qalırlar. Növlər və xüsusilə cinslər heç bir zaman yeni bir növə və ya cinsə doğru təkamül keçirmirlər. Bunun əvəzinə, bir növ və ya cins digərilə yerini dəyişdirir (yəni nəsli kəsilir və yerini başqasına verir). Dəyişiklik isə əsasən birdən-birə baş verir. (5)



Beləliklə, təkamül nəzəriyyəsinin irəli sürüldüyü dövrdən bu günə qədər təxminən 150 il keçmişdir və bu dövr ərzində elmi dəlillər təkamül nəzəriyyəsinin əleyhinə olmuşdur. Elm, həyatın incəliklərini tədqiq etdikcə yaradılışdakı mükəmməlliyin yeni dəlillərini tapılmış, canlıların təsadüflərlə meydana gəlməsinin və bir-birilərindən çevrilməsinin mümkün olmadığı başa düşülmüşdür. Aparılan hər yeni tədqiqat da canlılardakı yaradılışın yeni dəlillərini üzə çıxarır, yaradılış həqiqətini nümayiş etdirir. Darvindən dövrümüzə qədər keçən hər on il təkamül nəzəriyyəsinin əsassızlığını bir daha göstərmişdir.

Qısaca desək, elmin inkişafı təkamül nəzəriyyəsinin əleyhinədir. Ona görə də elmin sonrakı dövrlərdəki inkişafı təkamül nəzəriyyəsini dəstəkləməyəcək, əksinə əsassız olduğunu daha açıq şəkildə göstərəcəkdir.

Təkamül nəzəriyyəsinin iddialarına gəlincə, bu iddialar elm tərəfindən üstü açılmamış, açıqlanmamış mövzu deyil ki, sonradan elm inkişaf etdikcə açıqlansın. Tam əksinə, təkamül nəzəriyyəsi müasir elmin hər sahədə çürütdüyü, bu cür fantastik prosesin həyata keçməsinin hər cəhətdən mümkünsüz olduğu sübut edilən nəzəriyyədir. Bu vəziyyətdə olan bir iddianın sonrakı dövrlərdə sübut olunacağını irəli sürmək, təkamülü ideologiyalarının təməli kimi görən marksist-materialist kütlələrin xəyalpərvər və utopik ideyalarından ibarətdir. Bu, təkamül tərəfdarı olan kütlələrin çarəsizliklərindən qaynaqlanan təsəlli axtarışıdır.

Beləliklə, “sonrakı dövrlərdə elm təkamülü sübut edəcək” iddiası “elm sonrakı dövrlərdə dünyanın öküzün buynuzunda dayandığını sübut edəcək” şəklindəki gözləntidən fərqlənmir.
(məqalə harun yahya)

(1) “Hoyle on Evolution”, Nature, cild 294, 12 Noyabr 1981, s. 105

(2) Colin Patterson, “Cladistics”, Brian Leek ile Reportaj, Peter Franz, 4 Mart 1982, BBC

(3) B.G.Ranganathan, Origins?, Pennsylvania: The Banner Of Truth Trust, 1988

(4) N.Eldredge and I.Tattersall, The Myths of Human Evolution, Columbia University Press, 1982, s. 59

(5) R. Wesson, Beyond Natural Selection, MIT Press, Cambridge, MA, 1991, s. 45