Heç Bir Mutasiya Faydalı Deyil



Təkamül nəzəriyyəsinin elmin vaxtını alan iddialarından biri də “yararlı mutasiyalar” üçün aparılan ümidsiz araşdırmalardır. Neo-darvinizm “təkamül mexanizmi” olaraq iki məfhumu irəli sürür və bunlardan biri mutasiyalardır. Bu səbəbdən mutasiyaların canlılar üzərində faydalı təsir əmələ gətirəcəyini sübut etmək təkamül nəzəriyyəsi baxımından məcburidir. Ancaq təkamülçülərin iddialarının əksinə, mutasiyalar hər zaman zərərlidir və heç vaxt təkamül xarakterli bir təsirin olduğu müşahidə edilməmişdir.

Təkamülçülər isə israrla süni mutasiya nümunələri hazırlamış və yararlı mutasiyaları müşahidə etmək üçün on illərlə davam edən mübarizəyə qoşulmuşlar. Məsələn, meyvə milçəkləri üzərində çox sayda mutasiya təcrübəsi aparılmış və həmişə “genetik məlumatı təkmilləşdirən mutasiya”nın baş verəcəyi ümid edilmişdir. Nəticə isə tamamilə uğursuz alınmışdı. Təkamülçü alim Maykl Pitman illərlə davam edən və heç bir nəticə verməyən bu kimi mutasiya təcrübələri haqqında belə deyir:

«Bir çox genetikaçı meyvə milçəklərini nəsillər boyu saysız mutasiyalara uğratdılar. Bəs nəticədə süni bir təkamül ortaya çıxdı? Təəssüf ki, xeyr. Genetikaçıların yaratdıqları məxluqlardan sadəcə çox az qismi qidalandıqları şüşələrdən kənarda həyatlarını davam etdirə bildilər. Praktikada isə mutasiyaya uğradılmış bütün milçəklər ya öldülər, ya şikəst qaldılar, ya da qısır oldular».



Tanınmış təkamülçü Qordon Teylor isə mutasiya təcrübələrinə 50 il vaxt itirildiyini belə ifadə edir:

«Əlli il milçəklər üzərində minlərlə təcrübə aparıldı, ancaq əsla yeni bir növün əmələ gəlməsi müşahidə edilmədi. Hətta tək bir ferment belə əmələ gəlmədi».

Təkamülçülərin digər elmi mövzulardakı iddialarına baxıldıqda da, vəziyyət dəyişmir. Təkamülçülər Darvinizmi hər cür elmi kəşflərə baxmayaraq müdafiə edir, hətta sonra buna “elmi səbir” kimi don geydirərək gizlətməyə çalışırlar. Əslində isə göstərdikləri şey elmi səbir deyil, elmə qarşı inaddır.
(məqalə harun yahya)