Təkamülçülər İstəməsə də, Elmi Kəşflər Yaradılış Gerçəyini Təsdiq Edir



Elm yanlış ideologiyalar tərəfindən yönləndirildikdə, vaxt, pul, əmək itkisi yaranır. XVIII əsrdən etibarən elm əsasən materialistlərin hakimiyyəti altında qalmış və demək olar ki, bütün fəaliyyətlər materialist fəlsəfənin elmi tərəfdən sübutuna yönəldilmiş, materialist fəlsəfəni təkzib edən elmi dəlillər cəmiyyətə təhrif olunmuş halda təqdim edilmişdir.

Diqqəti çəkən məqam isə budur ki, təkamülçülər təkamülü sübut etmək üçün apardıqları araşdırma və təcrübələr nəticəsində daima yaradılışı təsdiqləyən dəlillər tapmışlar. Elm, Allahın varlığına inananlar üçün çox asan və zəhmətsizdir. Çünki mövcud olan sistemi araşdırmaq və onunla bağlı dəlilləri axtarmaq elm adamları üçün çətinlik yaratmaz. Ancaq olmayan bir dəlili axtarmaq təkamülçülərin öz ifadəsi ilə desək “cansıxıcı” və “baş ağrıdıcıdır”.

Buna ən gözəl nümunələrdən biri də Kambrien dövrünə aid paleontoloji tapıntılardır. Kambrien dövrü həyatın ilk izlərinə rast gəlinən və təxminən 550 milyon il əvvəlki dövrə verilən addır. Bu dövrdə mövcud olan canlıların hər biri son dərəcə mükəmməl sistemlərə malik olmuş mükəmməl canlılardır. Məsələn, tribolit adlandırılan və nəsli tükənmiş bir canlı növü olduqca qarışıq, mürəkkəb göz quruluşuna malikdir. 100 pətək gözcükdən ibarət bu göz quruluşu hal-hazırda yaşayan cırcırama kimi bəzi böcəklərin gözü ilə eynidir. Təkamülçülərin fikrinə görə, bu mürəkkəb quruluşa malik canlılar heç bir əcdadı olmadan birdən-birə bu təbəqələrdə ortaya çıxmışlar. Bu elmi tapıntılar açıq-aşkar Yaradılışı göstərir.



Tanınmış təkamülçü elm adamı, ingilis zooloq Riçard Doukins əldə etdiyi tapıntıların yaradılış gerçəyini təsdiqləməsi ilə bağlı belə deyir:

«…Kambrien təbəqələri əsasən onurğasızlar qruplarını tapdığımız ən yaşlı təbəqələrdir. Bunlar ilk dəfə meydana çıxdıqları vəziyyətdə olduqca təkamül keçirmiş bir şəkildədir. Sanki heç bir təkamül tarixi keçmədən o vəziyyətdəcə orada meydana gəliblər. Təbii ki, bu ani meydana çıxma yaradılışçıları olduqca məmnun edir».

Paleontologiya mövsuzunda baş verən bu “nəticəsizlik” təkamülün ən böyük müəmmalarından biridir. Əvvəlcədən dediyimiz kimi, təkamülçü elm adamları on illərlə təkamülə dəlil kimi keçid formalarını (bir canlının digər canlıya çevrilmə mərhələləri) tapmağa çalışırlar. Ancaq belə canlılar yer üzündə heç zaman yaşamadıqları üçün əsla bir nəticə əldə edə bilməmişlər. Təkamülçülərin axtardıqları keçid formalarına aid daşlaşmış qalıqları heç cür tapa bilməmələrini təkamülçü paleontoloq Mark Çarneki belə izah edir:

«Nəzəriyyəni (təkamülü) sübut etmək qarşısındakı ən böyük əngəl hər zaman fosillər olmuşdur… Bu heç zaman Darvinin fərz etdiyi keçid formaların izlərini ortaya çıxarmır. Növlər birdən-birə əmələ gəlirlər və yenə birdən-birə yoxa çıxırlar və bu gözlənilməz vəziyyət növlərin Allah tərəfindən yaradıldığını dəstəkləyən yaradılışçı görüşü bir daha sübut edir».



Bəzi təkamülçülərin də etiraf etdikləri kimi təkamülə elmi dəstək axtaran araşdırmalar heç bir müsbət nəticə vermir. Belə ki, təkamülçü elm adamlarının hər şeyin təsadüf nəticəsində əmələ gəlməsi iddiaları ilə bağlı hər araşdırma açıq-aşkar bir həqiqəti qarşılarına çıxarır: bütün canlıların qüsursuz şəkildə göylərin və yerin Rəbbi Allahın yaratdığı həqiqətini…
(məqalə harun yahya)