ÖZÜNƏMƏXSUS MÜKƏMMƏLLİYƏ MALİK BALTA BALIĞI



Böyük yaradılış möcüzəsi olan Balta balığı, okeanların 1000 m dərinliklərində yaşayır. Okean dərinliklərində yaşayan balıqların çoxunda olduğu kimi bu balıq da yaxşı görməsini təmin edən iri gözlərə malikdir və bu gözlər yuxarı baxan şəkildə yerləşdirilmişdir. Bunun səbəbi bu dərinlikdə yaşayan balıqların ümumiyyətlə, üstlərindən keçən balıqları ovlamalarıdır.

Amma bu canlılar bir tərəfdən də yuxarıdan gələ biləcək təhlükələrə qarşı görünməz olmaq məcburiyyətindədirlər. Sahib olduqları bədənin üstün dizaynı canlıya təhlükələrdən qorunma xüsusiyyəti verir. Kəsər balığının bədəni yastıdır. Bədəninin rəngi isə gümüş rəngidir. Buna görə də qaranlıqda rahatlıqla kamuflyaj ola bilir.

Yaxşı, bu canlı aşağıdan gələ biləcək təhlükələrə qarşı necə qorunur? Əlbəttə, ondan daha dərinlərdə yaşayan balıqlar da iri gözləri sayəsində onun üçün ovçudurlar. Ancaq Balta balığı qarınında olan və "fotofor" deyilən hüceyrələr sayəsində ovçulara qarşı müdhiş yanıltma xüsusiyyətinə malikdir. Bu hüceyrələr işıq istehsal edirlər. Bu, bioloji işıqdır. İki fərqli kimyəvi maddə birləşir və kimyəvi reaksiyaya girərək bu işığı meydana gətirirlər. Bu fövqəladə hüceyrələr yuxarıdan süzülən işığın dəyişən rəngini olduğu kimi təqlid edir və tamamilə eyni rəngdə işıq meydana gətirirlər. Bu mükəmməl mexanizma sayəsində Balta balığının kölgəsinin aşağıdakı ovçular tərəfindən fərq edilməsinə maneə törədilmiş olur.

Balta balığının varlığından bəlkə də heç xəbəriniz yox idi. Onun neyə bənzədiyini, necə yaşadığını bəlkə də heç vaxt bilməyəcəkdiniz. İndiyə qədər adını belə eşitmədiyiniz və bəlkə də heç yaxından görməyəcəyiniz bir heyvanın bu müdhiş xüsusiyyətlərə sahib olduğunu bilmənizin sizə necə faydası ola bilər? Allah diləsə bu canlını saydığımız funksiyalarla yaratmaz və ya saysız xüsusiyyəti yaşamasına səbəb etməzdi. O halda qarşımızdakı bu müdhiş detallardan necə fayda əldə edərik?

İnsana təqdim edilən detallar insanların bütün həyatını və dünyagörüşünü dəyişdirə bilər, onları dünyəvi ehtirasların arxasında qaçan narahat və sıxıntılı insanlarkən xoşbəxt, arxayın və axirəti gözləyən inanclı insanlar halına gətirə bilər. Bunun üçün qarşılaşdığımız hər şeyin Allahın yaratdığı nemətlər olduğunu görmək və Allahın mütləq varlığını düşünmək kifayətdir. Qarşımıza çıxan hər gözəllik və hər detal bütün bunları bizə davamlı təqdim edən Allaha aiddir. Bir ayədə belə buyurulur:

"Sizin yaradılışınızda və (Allahın yer üzünə) yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə-neçə dəlillər vardır." (Casiyə Surəsi, 4)
(məqalə harun yahya)