AĞACDƏLƏNİN BAŞINDAKI MEXANİK SİSTEM



Ağacdələnlər yuva düzəltmək və qida tapmaq üçün ağacların qabığına davamlı olaraq dimdik vururlar. Bəzi ağacdələnlər bir saniyədə 15-20 dəfə dimdik vururlar. Quşun iki dimdik vuruşu arasındakı zaman fərqi bir saniyədən daha azdır.

Dimdiyi hər dəfə ağaca dəyərkən quşun başı sarsıntı keçirir. Lakin bu sarsıntılar gilas dənəsi boyda olan beyninə təsir etmir.

Ağacdələnin sirri boyun sümüklərindədir. Dimdiyi ilə ağaca vurmağa başlayan kimi quşun boynu ilə dimdik düz xətt halında olur. Ən kiçik əyrilik beynini dağıda bilər.

Betona kəllə atmaq...

Bu cür sürətli dimdik vurmaqla betona kəllə atmaq arasında heç bir fərq yoxdur. Bu zaman quşun beyninin heç bir zədə almaması ancaq qeyri-adi dərəcədə yaradılış nizamı ilə mümkündür. Bu üstün yaradılış nizamının sahibi isə aləmlərin Rəbbi Uca Allahdır. Rəbbimiz ağacdələnləri heyrətamiz xüsusiyyətlərə malik varlıqlar kimi yaratmışdır və kainatın hər bucağında olduğu kimi bu quşlarda da qüsursuz yaratma sənətinin nümunələrini göstərmişdir.

Ağacdələndəki qüsursuz yaradılış nümunəsi

Quşların əksəriyyətində kəllə sümükləri bir-birinə bitişikdir. Dimdik isə çənənin hərəkəti ilə açılır.

Ağacdələnlər dimdikləri ilə açdıqları oyuqlardakı böcəkləri və tırtılları yeməyə kömək edən xüsusi dil ilə yaradılmışlar. Bu quş kəlləsinin içində dolanan dili çölə doğru uzadaraq pipet kimi istifadə edə bilir.

Ağacdələnlərdə isə dimdik və kəlləni süngər kimi bir maddə bir-birindən ayırır ki, bu maddə dimdik vuruşu zamanı əmələ gələn şoku aradan qaldırır. Bu elastik maddə avtomobilin amortizatorundakı maddədən daha keyfiyyətlidir. Bu üstünlük qısa zaman ərzində davamlı olaraq əmələ gələn şoku aradan qaldırmaq bacarığından irəli gəlir. Bu maddə hər dimdik vurduqda əmələ gələn şoku həmin dəqiqə aradan qaldıraraq sonrakı şoku aradan qaldırmaq üçün hazır vəziyyət alır. Həm də bunu saniyədə 10 dəfədən çox edilən dimdik vuruşlarında bacarır. Bu maddə müasir texnikanın təkmilləşdirdiyi ona bənzər bütün maddələrdən üstündür.

Ağacdələnin kəlləsinin və üst dimdiyinin bu cür qeyri-adi dərəcədə üsulla bir-birinə bağlanması, hər dimdik vuruşunda beyninin yerləşdiyi hissənin dimdikdən uzaqlaşması, beləliklə də şokun aradan qaldırılması üçün sonrakı mexanizmin əmələ gəlməsini təmin edir. Bütün bu məlumatlar iman edən insanların imanlarının daha da güclənməsinə, daha çox insanın iman etməsinə vasitə olan çox vacib yaradılış dəlilləridir. Ağacdələnin kəlləsindəki mükəmməl sistem kainatın və canlıların təsadüflərin əsəri olmayacağını bir daha sübut edir.
(məqalə harun yahya)