120 KQ QALDIRA BİLƏN KƏRTƏNKƏLƏ



Geko (Gecko) kərtənkələsinin ayağının altında setae adlandırılan milyonlarla tükcük var. Bu tükcüklər bir metrin 200 milyardda biri uzunluğundadır. Hər bir tükcüyün ucunda da təxminən min ədəd spatül adlı milyardlarla mikroskopik tükcüklər var. Dr. Kellar Autumn başçılıq etdiyi qrupun apardığı araşdırmalara görə gekonun ayağındakı tükcüklər zəif elektrostatik qüvvə təsiri (Van Der Vals qüvvəsi) meydana gətirir. Kərtənkələnin ayağındakı milyardlarla kiçik tükcüklər sayəsində təmas olunan səthlə çox qüvvətli yaxınlıq təmin edilir və 120 kq çəkini qaldıra bilən möhkəm yapışma qüvvəsi meydana gəlir. Möhtəşəm dizayna malik olan geko saniyədə 15 addım atır və “yapışdığı” səth ilə 30 dərəcəlik bucaq meydana gətirərək ayağını qaldıra bilir. Bu cür addım atmadığı təqdirdə ayaqlar səthə kilidlənir. Gekonun ayaqlarındakı dizayn təqlid edildikdə bu gün xəyal kimi görünən proyektlər həyata keçirilə bilinəcək:

Kosmos kimi havanın olmadığı mühitdə maddələrin möhkəm yapışması təmin ediləcək.

Gekonun yapışma sisteminə malik olan robotlardan yanğın və digər fəlakətlərdən sonra xilasetmə əməliyyatlarında istifadə ediləcək (belə robotlar artıq var).

Geko təqlid edilərək xüsusi yapışqanlı əlcəklər və hündürə dırmanma üçün xüsusi geyimlər istehsal ediləcək.
Ağrısız çıxarılan yara bantları, eləcə də suda yapışan və ya dönə-dönə istifadə edilən xüsusi bantlar istehsal olunacaq.
(məqalə harun yahya)