FİLLƏR



Yaşadıqları isti və çətin mühitə ən uyğun xüsusiyyətlərlə yaradılmış olan fillərin xortumu çoxlu funksiyaya malikdir. Fil bir tərəfdən xortumu ilə sökdüyü böyük bir ağacın gövdəsini daşıyarkən, digər tərəfdən noxud dənəsini yerdən götürüb ağzına ata bilir. Bundan başqa yuyunmaq, ya da su içmək üçün 4 litr suyu xortumunda daşıya bilir və suyu fəvvarə kimi havaya püskürdə bilir.

Lazım olduqda xəbərləşmə vasitəsi kimi istifadə edərək sürüsünü yığa bilir və ya onları qaçmaları üçün xəbərdar edə bilir. 50 min ədəd əzələ ilə əhatə olunmuş bu orqan mükəmməl dizaynı sayəsində çox incəlik və həssaslıq tələb edən əməliyyatları yerinə yetirmə qabiliyyətinə də malikdir.

Kompyuter və elektronik texnologiya hal-hazırda böyük irəliləyişlərə nail olmuşdur. Ancaq buna baxmayaraq, filin xortumunda olduğu kimi həm çox güclü, həm də bir noxudu qaldıra biləcək qədər həssas işləri eyni zamanda yerinə yetirə bilən maşınlar, ya da robotlar düzəldə bilməyiblər.

Göründüyü kimi filin xortumu xüsusi mühəndislik dizaynına sahib olan orqandır. Hər xüsusiyyətiylə Uca Allahın yaratma sənətindəki qüsursuzluğu və bənzərsizliyi bizlərə göstərən dəlillərdən sadəcə biridir.
(məqalə harun yahya)