YARADILIŞ HƏQIQƏTLƏRİ: YARPAQLARDAKI MƏSAMƏLƏR OLMASAYDI



Bitkilərdə olan mikroskopik məsamələr, yəni dəliklər son dərəcə əhəmiyyətli vəzifələri olan möcüzələrdir. Yarpaqların üzərində olan bu strukturlar istilik və su ötürülməsini təmin edərək fotosintez etmək üçün lazımlı olan karbondioksidi atmosferdən təmin etməklə vəzifəlidir. Eyni zamanda da lazım olduğu vaxt açılıb bağlana bilən quruluşa sahibdirlər. Məsamələrin maraqlı cəhətlərindən biri isə bunların əksəriyyətlə yarpaqların alt qismlərində yerləşmələridir. Bununla da günəş işığının yarpaq üzərindəki mənfi təsirinin ən az miqdara endirilməsi təmin edilir. Bitkidəki suyu çölə atan məsamələr əgər yarpaqların üst qismlərində sıx olaraq olsaydılar, çox uzun müddət günəş işığına məruz qalacaqdılar. Bu vəziyyətdə də bitkinin istidən ölməməsi üçün məsamələr tərkiblərindəki suyu davamlı olaraq çölə atacaqdılar, belə olduqda da bitki həddindən artıq su itkisindən quruyaraq öləcəkdi. Yarpaqların üst toxuması üzərində cüt-cüt yerləşmiş məsamələrin formaları paxlaya bənzəyir. İkitərəfli çökək formalar yarpaqla atmosfer arasındakı qaz mübadiləsini təmin edən dəliklərin açıqlığını nizamlayır. Məsamə ağzı deyilən bu hissə xarici mühitin şərtlərinə (işıq, nəm, istilik, karbondioksid nisbəti) və bitkinin xüsusilə su ilə əlaqədar daxili vəziyyətinə bağlı olaraq dəyişir. Məsamə ağızlarının açıqlığı, ya da kiçik olması ilə bitkinin su və qaz mübadiləsi nizama salınır.

Xarici mühitin bütün təsirləri nəzərə alınaraq təşkil edilmiş məsamələrin quruluşunda çox incə detallar var. Məlumdur ki, xarici mühit şərtləri daima dəyişir. Nəm və qaz nisbəti, istilik dərəcəsi, havadakı çirk… Ancaq məsamələr bütün bu dəyişkən şərtlərə uyğunlaşan mükəmməl formadadır. (Allahinrenksanati.com) Bitkilərdəki bu sistem ancaq bütün hissələri əskiksiz olduğunda funksiyalarını yerinə yetirə bilir. Buna görə bitkilərdəki məsamələrin də təsadüflər nəticəsində təkamül keçirərək ortaya çıxması qətiyyən mümkün deyil. Mükəmməl xüsusi quruluşu olan məsamələr vəzifələrini ən həssas şəkildə yerinə yetirərək uca Allahı təsbeh edirlər. Rəbbimiz yaratdığı hər şey kimi yarpaqları da bənzəri olmayan üstün bir elmlə yaratmışdır. Allah Həşr surəsində yaradışındakı bu qüsursuzluğu belə bildirir: "O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir." (Həşr)
(məqalə harun yahya)