ZAMANIN NİSBİLİYİ BİR DAHA SÜBUT EDİLDİ



2004 Oktyabr ayında qəzetlərdə yer alan bu başlıqlar zamanın nisbiliyi mövzusunun bir daha təsdiqləndiyinə diqqət çəkirdi.

Nisbilik Nəzəriyyəsini bundan 86 il əvvəl, 20-ci əsrin ən böyük fizikaçısı olaraq xarakterizə edilən Albert Eynşteyn ortaya atmışdır.

Görəlilik qaydası olaraq da adlandırılan bu nəzəriyyəyə görə kosmos və zaman eyni dərk olunur. Digər bir deyişlə, mütləq zaman
deyə bir şey yoxdur. Kosmos və zamanı qəbul etmə formamız, harada olduğumuza və necə hərəkət etdiyimizə bağlıdır. Buna görə bir cismin sürətinə və mövqeyinə (çəkiliş mərkəzinə olan uzaqlığına) görə, zaman sürətli və ya yavaş keçməkdədir. Bir cisim sürətləndikcə (çəkiliş mərkəzlərinin yaxınında) o cisimin üzərində zaman yavaşlayır. Yəni sürət artdıqca zaman qısalmaqda, sıxışmaqda; daha ağır, daha yavaş işləyərək sanki "dayanma" nöqtəsinə yaxınlaşmaqdadır.

Bunu Eynşteynin bir nümunəsi ilə açıqlayaq. Bu nümunəyə görə eyni yaşdakı əkizlərdən biri Dünyada qaldığı halda, digəri işıq sürətinə yaxın bir sürətdə kosmosa çıxar. Kosmosa çıxan adam, geri döndüyündə əkiz qardaşını özündən çox daha yaşlı görəcək. Bunun səbəbi kosmosda sürətlə səyahət edən qardaş üçün zamanın daha yavaş axmasıdır.

Bir cismin sürətiylə yanaşı mövqeyi də zamana təsir edir. Ümumi Görəlilik Qaydası, çəkiliş mərkəzlərinin yaxınında zamanın daha yavaş keçdiyini isbat etmişdir.

Məşhur fizikaçı Stephen Hawking, bu həqiqəti yenə bir əkiz nümunəsiylə belə izah edir:

"Görəlilik qaydası mütləq zamanı zibilə atdı. Bir cüt əkizi düşünək. Deyək ki əkizlərdən biri dağın təpəsində yaşasın, o birisi dəniz səthində. İlk əkiz (yəni dağın təpəsində yaşayan) ikincisindən daha tez yaşlanacaq. Yəni yenidən qarşılaşdıqlarında o birisindən daha yaşlı olacaq." (Stephen Hawking, Zamanın Qısa Tarixi, s. 54)

Görəlilik Qaydası ilə, sürətə və mövqeyə görə kosmosda fərqli zaman dilimləri olduğu ortaya qoyulmuşdur.

Eynşteynin 1900-cü illərdə çatdığı bu nəticə keçdiyimiz aylarda NASA dəstəkli bir proyekt ilə təsdiqlənmişdir.
(məqalə harun yahya)