LOTUS BİTKİSİ (AĞ SU ZANBAĞI)



Lotus bitkisi (ağ su zanbağı) palçıqlı və çirkli mühitlərdə yetişir. Buna baxmayaraq bitkinin yarpaqları həmişə təmiz olur. Çünki bitki, üzərinə çox kiçik toz zərrəsi belə duşən kimi dərhal yarpaqlarını yelləyir və toz zərrələrini müəyyən nöqtələrə doğru itələyir.

Yarpağın üzərinə düşən yağış damlaları da bu nöqtələrə doğru istiqamətləndirilir və buradakı tozları yuyub aparır.

Lotus bitkisinin bu xüsusiyyəti, yeni bir bina səthinin dizaynı üçün araşdırmaçılara üfüq açıb. Bunun üzərinə araşdırmaçılar Lotusun yarpağı kimi, yağış sularını istifadə edərək üzərindəki çirki təmizləyən bina səthləri üzərində işə başlayıblar. Bu işlərin nəticəsində ISPO adlı bir Alman şirkəti Lotusan adı verilən səth örtmə vəsaitini istehsal edib. Asiya və Avropada olan satış nöqtələrində bazara təqdim edilən bu məhsul üçün 'yuyucuya ehtiyac olunmadan 5 il ərzində özünü təmiz saxlayacağı zəmanəti' belə verilib.

Təbiətdəki bir çox canlı öz səthlərini qoruyan müxtəlif xüsusiyyətlərə malikdir. Şübhəsiz nə Lotus bitkisinin səth quruluşu, nə də böcəklərdəki kitin təbəqəsi öz-özünə əmələ gəlməyib. Hətta bu canlılar sahib olduqları üstün xüsusiyyətlərdən tamamilə xəbərsizdirlər. Onları bütün xüsusiyyətləriylə birlikdə yaradan Allahdır.
(məqalə harun yahya)