KİMYAGƏR GÖBƏLƏK CORTİCEPS



Corticeps göbələyi, yağış meşələrində yetişən çox qüvvətli zəhəri olan, parazit göbələkdir.
Ancaq bütün göbələklərin əksinə Corticeps zəhərini həzm yolu ilə deyil, toxunma yolu ilə keçirir.

Corticepsin sporları çox təsirli zəhərlə doludur. Yanından keçən qarışqaya bu ölümcül sporlardan biri bulaşdığı anda bütün qarışqa koloniyası həyəcana keçir və infeksiyaya bulaşan qarışqanı koloniyadan uzağa daşıyırlar.

Bir-birləri arasında çox böyük həmrəylikləri olan qarışqa birliyinin, koloniyalarındakı hər hansı bir qarışqanı özlərindən uzaqlaşdırmağı isə heyrətamiz və qeyri-adi vəziyyətdir. Ancaq koloniyanın bu hərəkəti etməkdə çox haqlı səbəbləri var.

Corticeps, spor bulaşan qarışqanın bütün bədəninə və beyninə təsir edən güclü zəhərə malikdir və qarışqa bulaşan bu güclü zəhərin təsiriylə qısa müddətdə bütün şüurunu itirir. Sanki hipnoz olmuş kimi zəhərin təsiri altına girir və bir budağa, ya da kökə doğru dırmaşmağa başlayır və birdən dayanıb bütün gücü ilə möhkəm-möhkəm yapışaraq başını budağa batırır və zəhərin təsiriylə intihar edərək ölür.

Və əsl möcüzə burada başlayır… Ölü qarışqanın bədənini öz sporları üçün gübrə olaraq istifadə edən Corticeps, qarışqanın başını batırdığı budağın tərkibindəki su ilə də bəslənərək, böyüməyə başlayır və qısa müddətdə ölü qarışqanın gövdəsini yararaq böyüyür və uzanar. Bütün böcək növlərinin yüzdən səksən faizinin yaşadığı yağış meşələrində, bitki örtüyünün qorunması və bu böcəklərin saylarının tarazlıq təşkil etməsində Corticeps göbələyinin ifraz etdiyi bu zəhər çox əhəmiyyətli yerə malikdir. Və bu həssas tarazlığı qorumaq üçün, hər bir Corticeps növü müəyyən bir böcək növü üzərində təsirli zəhərə malikdir.
(məqalə harun yahya)


[