ARI YEYƏN QUŞLARIN AĞILLI TAKTİKALARI



Bəzi quşlar qeyri-mümkün olmasına baxmayaraq, daşı belə oya bilirlər. Möhkəm qayaları oyarkən istifadə etdikləri tək alətləri var: dimdikləri… Arı yeyən quş bu quşlardan biridir.

Arı yeyən quş (meropidae) yuvasını qumdaşı uçurumlarının üstünə və ya çayın sahilindəki bərkimiş palçıqlara dimdiyilə davamlı şəkildə vurub oyuqlar açaraq qurur. Oyuq açma prosesinə 90-100 sm uzunluğunda dar tunel açana qədər davam edir. Yuvanın kənarlarını açmaq üçün inşaat vasitəsi kimi dimdiyindən istifadə edən arı yeyən quşun qısa və güclü pəncələri də qazma işinə kömək edir. Yuvanın içində toplanan torpağı pəncəsilə bayıra boşaldır. Arı yeyən quşların bəzi növləri 1000 və ya daha çox quşdan ibarət koloniyalar halında yaşayırlar. Elm adamları bu qədər çox yuvanın içində hər quşun öz yuvasını necə tapdığını açıqlaya bilmirlər. (Da*vid At*ten*bo*ro*ugh, The Tri*als of Li*fe, s.137)

Arı yeyən quşların maraqlı xüsusiyyətlərindən biri də həşərat ovlamaqda göstərdikləri peşəkarlıqlarıdır. Bu quşlar arılarla qidalanırlar. Bu olduqca təəccüblüdür, çünki digər quşlar üçün arı yemək öldürücü ola bilər. Ancaq arı yeyən quşlara arıların zəhəri təsir etmir. Çünki bu quşlar tutduqları arının qarnını əvvəlcə bir budağa sürtərək aşındırır, beləliklə, zəhəri havaya boşaldırlar. (Da*vid At*ten*bo*ro*ugh, Li*fe of Birds, s.96)

Arı yeyən quşun digər bədən xüsusiyyətləri də həşəratları asanlıqla tutmalarına kömək edir. 4,5 sm uzunluğunda dimdiyi var. Bu uzunluq əhəmiyyətlidir, çünki əgər quşun dimdiyi daha qısa olsa, həşəratları tutmağa çalışarkən həşəratlar onu yaralaya bilər. Bundan əlavə, dimdiyinin çox iti uc hissəsi də ovunu sinə ilə qarın arasından tutmasına kömək edir. Bu sayədə arının zəhərini daha asan boşalda bilir.

Arı yeyən quş həşəratın zəhərini necə zərərsizləşdirməyi, əlbəttə, öz iradəsilə öyrənərək tətbiq edə bilməz. Bu cür həyati dərəcədə təhlükəli hadisəni quşun təcrübə edib öyrənmə metodu ilə kəşf etdiyini heç kəs iddia etməz. Bir quşun bu cür ağıllı taktika işlətməsi onun yarandığı andan bu biliklərə malik olaraq yer üzünə gəldiyini göstərir. Bundan başqa, quşun bütün bədən quruluşunun da bu cür yem tutma prosesinə uyğun formada olması və canlının arıları tuta biləcək şəkildə yaradıldığının açıq-aydın göstəricisidir. Arı yeyən quşları da yer üzündəki bütün canlılar kimi malik olduqları bütün xüsusiyyətlərilə birlikdə Allah yaratmışdır.

Həqiqətən, göylərin və yerin yaradılmasında, gecə ilə gündüzün bir-birini əvəz etməsində, içərisində insanlar üçün mənfəətli şeylər olan gəmilərin dənizlərdə üzməsində, quruyan yer üzünü Allahın göydən yağmur yağdıraraq yenidən diriltməsində, cins-cins heyvanları onun hər tərəfə yaymasında, göylə yer arasında ram edilmiş küləyin və buludların bir səmtdən başqa səmtə döndərilməsində düşünənlər üçün əlamətlər vardır. (Bəqərə surəsi, 164)
(məqalə harun yahya)