QURBAĞALAR



Borneo adasında yaşayan bir qurbağa növünün erkəkləri səslərini uzaqdakı dişilərə eşitdirə bilmək üçün ağac koğuşlarındakı rezonansdan faydalanırlar. Sanki fizika qanunlarını bilirmiş kimi həssas nizamlamalar edən qurbağalar ağıllı davranışlar nümayiş etdirirlər.

Boyu 2 santimetrdən çox olmayan ağacqovuğu qurbağası səsini 50 metr uzaqlığa eşitdirə bilir. Bu kiçik canlının belə güclü səsi necə çıxardığı ilə maraqlanan alimlər qurbağaları 6 ay müddətində araşdırdılar. Metaphrynella sundana növünə aid bu canlıların fizika qanunlarından təsirli şəkildə faydalandığı ortaya çıxdı.

Cütləşmə dövründə kişi qurbağalar özlərinə uyğun bir ağac koğuşu axtarmağa başlayırlar. Bir koğuşa sığınan qurbağa, dərhal içində olduğu mühitin səs çatdırma xüsusiyyətini yoxlamağa başlayır. Öz çıxardığı səslər ətrafada əks-sədalandıqdan sonra dinləyir. Fərqli-fərqli səslər çıxararaq etdiyi incə nizamlardan sonra, müəyyən bir səs tezliyi təyin edir. Bu tezlikdəki səs dalğaları ağacın titrəşmə tezliyinə bərabər olduğundan rezonans ortaya çıxır. Rezonans sayəsində qurbağanın səsi qat-qat daha yüksək olur.

Qurbağadakı bu ağıllı davranış özünə Allahın ilham etdiyi bir davranışdır. Allah yer üzündəki bütün canlıların Yaradıcısıdır. Bir Quran ayəsində belə buyrulmşdur:

O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir. (Həşr Surəsi, 24)
(məqalə harun yahya)