ALLAH (C.C)-UN YARATMA SƏNƏTİNDƏN NÜMUNƏLƏR: YARPAQLARDAKI MİKROSKOPIK FABRİK



"Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində (mal-qaranızı) otardığınız (otların bitməsi) üçündür. (Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır." (Nəhl Surəsi 10-11)

XVII əsrdə yaşamış Belçikalı fizik Jan Baptisa Van Helmont elmi təcrübələrindən birində söyüd ağacının böyüməsini müşahidə etdi və müxtəlif ölçülər etdi. Əvvəl ağacın çəkisini ölçdü, 5 ildən sonra ikinci dəfə təkrar ölçdü və ağırlığının 75 kq artdığını gördü. Bitkinin içində böyüdüyü qabdakı torpağı çəkdikdə isə bu 5 illik zaman daxilində yalnız bir neçə qram azaldığını gördü. Fizik Van Helmont bu təcrübəsində söyüd ağacının böyümə səbəbinin yalnız saxsıdakı torpaq olmadığını aşkar etdi. Bitki böyümək üçün torpağın çox az qismini istifadə etdiyinə görə başqa yerlərdən qidalanmalı idi. XVII əsrdə Van Helmontun kəşf etməyə çalışdığı bu hadisə, bəzi mərhələləri indiki dövrdə belə tam olaraq aydınlanmamış fotosintez əməliyyatıdır. Yəni bitkilərin öz qidalarını özlərinin istehsal etmələridir. Bitkilər qidalarını istehsal edərkən yalnız torpaqdan faydalanmırlar. Torpaqdakı minerallarla yanaşı, sudan və havadakı CO2-dən də istifadə edirlər. Bu xammalları alıb yarpaqlarındakı mikroskopik fabriklərdən keçirərək fotosintez edirlər.

Yarpaqlar, xüsusi olaraq bitkilərin qida istehsal etmələri, tənəffüs etmələri kimi əməliyyatlar üçün nizamlanmış strukturlara sahibdirlər. Əlbəttə ki, bu bizə yarpaqları yaradan üstün güc sahibi Allahın varlığını sübut edən dəlillərdəndir. Allah bitkilərin yaradılışına ayələrində belə diqqət çəkmişdir: "Göydən suyu endirən Odur. Bu, həm sizin içməyiniz, həm də içində (mal-qaranızı) otardığınız (otların bitməsi) üçündür. (Allah) onunla sizin üçün dənli bitkilər, zeytun, xurma, üzüm və (başqa) meyvələrin hamısından yetişdirir. Həqiqətən, bunda anlayan adamlar üçün dəlillər vardır." (Nəhl Surəsi, 10-11) Yarpaqların xüsusi şəkillərinin səbəbi həm ümumi quruluş olaraq, həm də mikrobioloji cəhətdən araşdırıldıqda yarpaqların hər cəhətdən ən çox enerji istehsalını təmin etmək üzrə planlanmış, çox detallı və kompleks sistemlərə sahib olduqları görüləcək. Yarpağın enerji istehsal edə bilməsi üçün istilik və karbon 4 oksidi xarici mühitdən almalıdır. Yarpaqlardakı bütün strukturlar da bu iki maddəni asanlıqla qəbul edə biləcək şəkildə təşkil edilmişdir. Əvvəlcə yarpaqların xarici strukturlarını araşdıraq. Yarpaqların xarici səthləri genişdir. Bu da fotosintez üçün lazımlı olan qaz alış-verişlərinin (karbon 4 oksidin əmilməsi və oksigenin verilməsi kimi əməliyyatların) asan reallaşmasını təmin edir. Yarpağın yastı forması isə bütün hüceyrələrin xarici mühitə yaxın olmasını təmin edir. Bununla da qaz alış-verişi asanlaşır və günəş şüaları, fotosintez edən hüceyrələrin hamısına çata bilir. Bunun əksinə bir vəziyyəti gözümüzün önünə gətirək. Yarpaqlar əgər yastı və incə bir quruluşa deyil də hər hansı bir həndəsi şəklə ya da mənasız təsadüfi bir şəklə sahib olsaydılar yarpaq fotosintez funksiyasını yalnız günəş ilə birbaşa təmas edən bölgələrində reallaşdıra biləcəkdi. Bu da bitkilərin kafi enerji və oksigeni təmin edə bilməməsi deməkdir. Bunun canlılar üçün ən əhəmiyyətli nəticələrindən biri də heç şübhəsiz ki yer üzündə oksigen çatışmamazlığı olar.

Bura qədər verilən bir neçə nümunədə də göründüyü kimi bitkilərdə tamamilə qüsursuz sistemlər qurulmuşdur və bu sistemlər ilk yaradıldıqları andan etibarən xüsusiyyətlərində heç bir dəyişiklik olmadan günümüzə qədər gəlmişlər. Yarpaqları ən mükəmməl hallarıyla yaradan heç şübhəsiz ki, bütün aləmlərin Rəbbi olan Allahdır. "O, Xaliq, yoxdan Yaradan, Surətverən Allahdır. Ən gözəl adlar yalnız Ona məxsusdur. Göylərdə və yerdə olanların hamısı Onun şəninə təriflər deyir. O, Qüdrətlidir, Müdrikdir." (Həşr Surəsi, 24)
(məqalə harun yahya)