DAĞLARIN YER QABIĞINI MÖHKƏMLƏNDİRMƏ XÜSUSİYYƏTİ



Hal-hazırda üstündə yeridiyiniz, etibarla evlərinizi tikdiyiniz yer qabığı əslində özündən daha qalın olan və “mantiya” adlandırılan təbəqə üzərində də sanki üzürmüş kimi hərəkət edir. Əgər bu hərəkəti nəzarət altında saxlayan bir sistem olmasaydı, yer üzündə daima sarsıntılar, zəlzələlər olardı və Yer kürəsi həyat üçün uyğun olmazdı. Ancaq dağlar və dağların yerin altındakı uzantıları yerin hərəkətlərini, dolayısı ilə, sarsıntıları olduqca azaldır.

Dağlar yer qabığını əmələ gətirən çox böyük təbəqələrin hərəkətləri və toqquşmaları nəticəsində əmələ gəlir. Hərəkət edən iki təbəqə toqquşduğu zaman daha davamlı olanı digərinin altına girir. Yuxarıda qalan təbəqə qıvrılaraq yüksəlir və dağları əmələ gətirir. Altda qalan təbəqə isə yerin altında irəliləyərək aşağıya doğru dərin uzantı əmələ gətirir. Yəni dağların yer üzündə gördüyümüz hissəsi qədər yerin altına doğru irəliləyən dərin uzantıları da var. Yəni dağlar mantiya adlanan təbəqəyə- dərinliyə doğru kök salmışlar.

Bu xüsusiyyətləri sayəsində dağlar yer təbəqələrinin birləşmə nöqtələrində yerin üstünə və altına doğru uzanaraq bu təbəqələri bir-birinə bərkidirlər. Bu şəkildə yer qabığını möhkəmləndirərək maqma təbəqəsi üstündə və ya öz təbəqələri arasında sürüşməsinə mane olurlar. Dağların bu bərkitmə xüsusiyyəti son dərəcə hərəkətli quruluşa malik olan yer qabığını sanki sabitləşdirərək sarsıntıların böyük ölçüdə qarşısını alırlar.

Son dərəcə ehtişamlı görünüşə malik olan dağların varlığı yer üzündəki digər tarazlıqların təmin edilməsi baxımından da son dərəcə vacibdir. Xüsusilə, temperaturun bərabər paylanmasında dağlar mühüm faktordur.

Yerin ekvatoru ilə qütbləri arasında təxminən 100°C-lik temperatur fərqi var. Əgər belə bir temperatur fərqi çox kələ-kötürlüyü olmayan bir səthdə olsaydı, sürəti saatda 1000 km-ə çatan fırtınalar Yerin altını üstünə çevirərdilər. Lakin yer üzündə temperatur fərqinə görə ortaya çıxacaq güclü havan axınlarının qarşısını alan kələ-kötürlüklər var. Bu kələ-kötürlüklər, yəni sıra dağlar, Çində Himalaylarla başlayır, Anadoluda Tauruslarla davam edir və Avropada Alp dağlarına qədər sıra dağlar şəklində uzanaraq qərbdə Atlantik okeanı, şərqdə Sakit okeanla birləşirlər.

Yer üzündəki bütün detallarda olduğu kimi dağlarda da təzahür edən Allahın sonsuz sənətidir. Yaşadığımız Yeri bizim üçün qüsursuz şəkildə Allah yaratmışdır. İnsana düşən məsuliyyət isə dünyadakı bu ehtişamlı sənəti görərək Allaha qulluq etməyi həyatının ən mühüm həqiqəti kimi qəbul etmək və sadəcə bunun üçün səy göstərməkdir. Çünki insan saysız-hesabsız nemətə möhtacdır, amma Allah heç bir şeyə ehtiyacı olmayandır.

“Biz yer üzünü döşədik (orada hər şeyi yerbəyer etdik), orada möhkəm dayanan dağlar yerləşdirdik, hər şeydən (bütün meyvələrdən) müəyyən ölçüdə (lazım olan qədər) yetişdirdik.” (Hicr surəsi, 19)
(məqalə harun yahya)