UÇMA MEXANİZMLƏRİ: CIRCIRAMALAR



Cırcırama uçuşu hansı sürətdə və hansı istiqamətdə olsa da, ani surətdə dayanıb tərs istiqamətdə uçmağa başlayacaq qədər qüsursuz uçma bacarığına malikdir. Bundan başqa, havada sabit dayanıb ovuna hücum etmək üçün uyğun mövqe tuta bilir. Həmçinin bu vəziyyətdə ikən olduğu yerdə cəld dönərək ovuna yönələ bilir. Bunlar cırcıramanın dövrümüzün qabaqcıl texnologiasının məhsulu olan vertolyotlara ilham mənbəyi olan manevr qabiliyyətlərindən bir neçəsidir.

Cırcıramanın bədəni metalla örtülmüş təəssüratı verən halqalı quruluşa malikdir. Buz mavisindən bordo rənginə (tünd qırmızı) qədər müxtəlif rənglərə malik olan cırcıramanın belində biri qabaqda, digəri arxada olmaqla iki cür qanad var. Qanadlar əks zamanlı işləyir. Yəni qabaqdakı iki qanad yuxarı qalxarkən arxadakı iki qanad aşağı enir. Qanadların hərəkəti iki qarşı-qarşıya əzələ qrupunun hərəkətilə təmin edilir. Əzələlərin bir ucu gövdənin içindəki ling formalı uzantılara bağlıdır. Bir əzələ qrupu yığılaraq bir cüt qanadın yuxarı qalxmasını təmin edərkən digər əzələ qrupu da eyni dərəcədə dartılaraq ikinci cüt qanadın aşağı enməsinə kömək edir. Dövrümüzdə cırcırımalardan nümunə götürülərək istehsal edilən vertolyotlar da eyni üsulla yuxarı-aşağı hərəkət edirlər. Cırcıramaların qüsursuz uçuşu bir-birindən asılı olmayan bu 4 böyük qanadın bədənin ağırlığını daşıması ilə mümkün olur. Bu xüsusiyyət həşərata ani manevrlər etmə, sürətini anidən artırma və saniyədə 10 metrə çatan sürətlə uçma imkanı verir.

Çox yüksək sürətlə uçarkən ani manevrlər edən cırcıramanın görmə qabiliyyəti də qüsursuzdur. Cırcıramanın gözü elmi kütlələrdə dünyanın ən yaxşı görən həşərat gözü kimi qəbul edilir. Hər biri 30.000-ə qədər xırda gözdən ibarət olan bir cüt gözə malikdir. İki yarımkürəyə bənzəyən və başının yarısını tutan gözlər həşərata çox geniş sahəni görmə imkanı verir. Cırcırama gözləri sayəsində demək olar ki, arxasında baş verənləri belə görə bilir.

Göründüyü kimi cırcırama hər biri tək-tək mükəmməl quruluşa malik sistemlər bütünüdür. Bu sistemlərin hər hansı birindəki kiçik bir əksiklik digər sistemlərin işə yaramamasına yol açar. Amma sistemlərin hamısı mükəmməl şəkildə yaradılmış və bu sayədə canlı həyatına davam edir.Cırcıramadakı bu bənzərsiz yaradılış Allaha aiddir. Allah hər cür yaratmağı biləndir.
(məqalə harun yahya)