DƏNİZ ALTINDA YAŞAYAN MARAQLI CANLI: NUDİBRANK (NUDIBRANCHIA)



Çox maraqlı dizaynlara və qeyri-adi rənglərə malik olan Nudibrank qabıqsız ilbiz növüdür. Son dərəcə cəlbedici görünüşləri olan bu canlılar dəniz altında yaşayan ən maraqlı canlılardandır. Bu ilbizlər çox parlaq rənglərə malikdirlər və son dərəcə cəlbedicidirlər. Bundan əlavə olduqca yumşaq bədənə malikdirlər. Özlərini qorumaq üçün qabıqları belə yoxdur. Bu xarici görünüş bir çox canlı üçün cəlbedici olmasına baxmayaraq çox az heyvan Nudibrank ilə qidalanır. Çünki Nudibrankların heyranedici rəngləri düşmənlərinə çox zəhərli olduqlarını xəbər verir.

Bu dəniz ilbizi növünün diqqətçəkən xüsusiyyəti güclü zəhər daşıyan “dalayıcı hüceyrələrə” malik olmasıdır. Nudibranklar məhz bu “dalayıcı hüceyrələri” sayəsində düşmənlərindən asanlıqla qorunurlar. Nudibranklar Hidroid adlanan canlılarla qidalanır və onları həzm sistemlərində həzm etmirlər. Bu heyvanlar Nudibrankın həzm sistemi içərisində qoruyucu seliklə örtülür və dalayıcı hüceyrə kimi onu qoruyurlar.

Şübhəsiz, Nudibrankın Hyroidlərin zəhərli olduğunu və bu zəhərin ona zərər verməyəcəyini, amma eyni zamanda düşmənlərindən də qorunmasına kömək edəcəyini bilməsi mümkün deyil. Belə bir şeyi təcrübədən keçirərək öyrənməsi də mümkün deyil. Bəs onda Nudibrankın bu maraqlı müdafiə metodunu necə kəşf ediblər?

Elə bu yerdə bütün kainatda açıq-aşkar görünən həqiqət bir daha qarşımıza çıxır. Həm naxış və rəng müxtəlifliyi ilə, həm də zəhərlərini əldə etmə üsulları ilə diqqət çəkən Nudibranklara nə etmək lazım olduğunu ilham edən, bədənlərində Hidroidlərin zəhərini zərərsizləşdirən sistem yaradan bütün kainatın Rəbbi Allahdır. Allah bütün canlıları müxtəlif rənglərdə və çox fərqli xüsusiyyətdə yaradır. Allahın sonsuz gücünü belə nümunələrlə öyrənən insan Allahı təsbih edərək, sadəcə Allahın razı olacağı şəkildə gözəl davranmalıdır. Allah ayələrində belə buyurur:

“İnsanların, heyvanların və davarların da bu cür müxtəlif rəngləri vardır. Allahdan Öz bəndələri içərisində ancaq alimlər qorxar. Həqiqətən, Allah yenilməz qüvvət sahibidir, bağışlayandır!” (Fatir surəsi, 28)
(məqalə harun yahya)