MEDUZALARIN NAMƏLUM XÜSUSİYYƏTLƏRİ



Meduzalar hər kəsə məlum olan çox maraqlı canlılardır. Ancaq 95%-i sudan ibarət olan meduzaların bir çox naməlum təəccüblü xüsusiyyətləri var. Məsələn, bəzi növləri işıq saçaraq düşmənlərini yanıldır, bəziləri isə bədənlərində düşmənləri üçün öldürücü zəhər hazırlayır.

Demək olar ki, bütün iqlim qurşaqlarında yaşaya bilən meduzaların bir çox növü canlılar üçün təhlükəlidir. Şəffaf olan bu canlıların bədənlərinin alt hissəsindən uzanan lamisə orqanları var. Bəzi növlərin lamisə orqanlarında zəhərli maye olur.

Meduzalar ovlarını bu zəhəri ifraz edərək tutur, düşmənlərini də bu zəhərlə öldürürlər. Zəhəri olmayan meduza növləri isə, əlbəttə, müdafiəsiz deyillər. Onlardan bəziləri özlərini qorumaq üçün işıq saçma xüsusiyyətlərindən istifadə edirlər. Düşmənləri olan dəniz tısbağalarından, dəniz quşlarından, balıqlar və balinalardan xilas olmaq üçün planlı və metodlu şəkildə hərəkət edirlər.

Düşmənlərindən qaçarkən bütün bədənlərinə işıq yanır. Ancaq düşmən onları dişləmək istədikdə zınqırov formalı hissələrindəki işığı söndürür və işıqı yanan lamisə orqanalarını gövdələrindən qoparıb ayırırlar. Beləliklə, düşmənin diqqəti lamisə orqanlarına cəlb edilir. Meduzalar da bu vəziyyətdən istifadə edərək dərhal oradan uzaqlaşırlar.

Başqa meduza növü olan fizaliyalar (Siphonophora) isə böyük meduzalardır. Aralıq dənizi də daxil olmaqla, bütün tropik və mülayim iqlimlərdə yaşayırlar. Fizaliyaların dəniz səthindən 20 sm-ə qədər yuxarı qalxan mavi yelkənəbənzər orqanları var, onların üzməsinə və hərəkət etməsinə bu orqan kömək edir. Spiralvari lamisə orqanaların tərkibində iflicedici toksinlər olan kapsullar var. Meduzaların bütün bu xüsusiyyətləri olduqca maraqlıdır. Günəşlə təmasda olduqda qısa müddətdə içində quruyub yox olan, demək olar ki, tamamilə sudan ibarət bir canlı bu cür kimyəvi maddəni necə hazırlayır? Düşmənini yanıldan üsulları necə tapır?

Meduzaların düşmənlərini və ya ovlarını görən gözləri, beyinləri yoxdur. Meduzalar sadəcə jeleyəbənzər su kütləsidir, ancaq müxtəlif taktikalar işlədərək qida tapır, düşmənlərindən xilas olmaq üçün cürbəcür şüurlu hərəkətlər edirlər. Bu şüurun, çətinliklərə çarə tapan ağlın meduzalara aid olmadığı aydındır. Meduzalar haqqında məlumatlar bu cəhətdən nəzərdən keçirildikdə insanı çox mühüm nəticələrə aparan məlumatlara çevrilir.

Meduzaları və xüsusiyyətlərini, etdiklərini düşünən insan bu canlıların öz-özlərinə heç nə etməyəcəklərini, hər şeyə hakim olan bir güc tərəfindən yönləndirildiklərini anlayacaqdır. Heç bənzəri olmayan bu güc Allaha aiddir. Allah bütün canlıları növbənöv yaradaraq öz üstün ağlını və bənzəri olmayan elmini bu canlılarda təzahür etdirir. Meduzalar bu nümunələrdən biridir.
(məqalə harun yahya)