DELFİNLƏRDƏKİ ÜSTÜN YARADILIŞ



Delfinlər üçün nəfəs almaq insanlarda və ya digər quruda yaşayan məməlilərdə olduğu kimi refleks deyil, iradəli hərəkətdir. (Betty Ma*ma*ne, Le Sur*do*ue du Grand Bleu, Sci*en*ce et Vie Ju*ni*our, Avqust 1998, s.79-84)

Yəni biz necə yeriməyə qərar veririksə, delfinlər də nəfəs almağa qərar verir. Bu, heyvanın suda yatarkən boğularaq ölməməsi üçün görülmüş tədbirdir. Delfin yatdıqda beyninin sağ və sol yarımkürələrini təqribən on beş dəqiqə fasilə ilə işlədir. Bir yarımkürə yatarkən, digər yarımkürə nəzarət edərək heyvanın suyun səthinə çıxmasını təmin edir.

Delfinlər balıqlar kimi su içində nəfəs alıb-verə bilmirlər. Buna görə də nəfəs almaq üçün nizamlı şəkildə suyun səthinə çıxırlar. Başlarının üstündə hava alıb-vermələrini təmin edən bir dəlik var. Delfinlərin orqanizmi o qədər mükəmməl quruluşa malikdir ki, heyvan suya baş vurduqda bu dəlik bir qapaq tərəfindən avtomatik bağlanır və bu sayədə içəri su keçməsinin qarşısı alınır. Su səthinə çıxdıqda isə qapaq yenə avtomatik açılır.

Delfinlərin ağızlarındakı dimdiyə bənzər çıxıntı isə sudakı hərəkətlərini asanlaşdıran başqa bir xüsusiyyətdir. Heyvan bu quruluşu sayəsində suyu daha yaxşı yarır və daha az enerji sərf edərək daha sürətlə üzür. Müasir gəmilərin burunlarında da delfinlərin ağzına bənzər çıxıntı var. Bu hidrodinamik quruluş gəmilərin sürətini də eynilə delfinlərinki kimi artırır.

Bundan başqa, delfinlər elm adamlarını təəccübləndirəcək qədər sürətlə üzürlər. Delfinlərin bədənlərinin ətrafından suyun axması qüsursuz şəkildə baş verir. Bunun səbəbi delfinin dərisi üzərində aparılan tədqiqatlar nəticəsində tapılmışdır. Delfinin dərisi üç qatdan ibarətdir. Xarici qat incədir və çox elastikdir; daxili təbəqə qalındır, plastik tüklü fırçaya bənzəyən elastik çubuqlardan ibarətdir. Ortadakı qat isə süngərəbənzər maddədəndir. Beləliklə, çox sürətlə üzən delfinə dəyən sudan girdab əmələ gəlməyə başladıqda xarici dəri qatı bu girdabın səbəb olduğu yüksək təzyiqi daxili qatlara ötürür və daxili qatlar bu yüksək təzyiqi aradan qaldırırlar. Əmələ gələn girdab beləliklə böyüməyə başlamadan itir.

Heyvanlar içində sadəcə delfinlərə xas olan bu formaların hamısı üstün yaradılışın açıq dəlillərindəndir. Allah hər canlı kimi delfinləri də yaşadıqları şərtlərə ən uyğun bədən quruluşu ilə birlikdə yaratmışdır.
(məqalə harun yahya)