ATMOSFERİN XÜSUSİ QURULUŞU



Nəfəs almaq sizin üçün sadəcə havanı içinizə çəkmək və sonra nəfəs verərək çölə buraxmaqdan ibarət ola bilər, ancaq əslində bu proses üçün hərtərəfli qüsursuz nizam qurulmuşdur. Belə ki, insanın nəfəs almaq üçün ən kiçik səy göstərməsinə belə gərək yoxdur. Hətta bu mövzu çoxunun ağlına da gəlmir. Hər insan doğulduğu andan ölənə qədər heç dayanmadan nəfəs alır. Çünki həm əhatəsindəki, həm də öz bədənindəki bütün şərtləri Allah rahat nəfəs alacağı şəkildə yaratmışdır.

Hər şeydən əvvəl insanın nəfəs ala bilməsi üçün atmosferdəki qazların tarazlığının çox yaxşı nizamlanması şərtdir. Bu tarazlıqda kiçik dəyişikliklərin meydana gəlməsi insanın ölümünə səbəb olan təhlükəli nəticələr doğurar. Onsuz da bu cür çatışmazlıqlar heç vaxt baş verməz. Çünki atmosfer həyat üçün lazımlı son dərəcə xüsusi şərtlər birləşdirilərək nizamlanmış qeyri-adi tərkibdir və qüsursuz işləyir.

Yerin atmosferi 77% azot, 21% oksigen və 1% karbondioksid və arqon kimi digər qazların qarışığından ibarətdir. Əvvəlcə bu qazların ən əhəmiyyətlisi ilə, yəni oksigenlə başlayaq. Oksigen çox əhəmiyyətlidir, çünki canlıların enerji əldə etmək üçün oksigenə ehtiyacı var.Oksigen əldə etmək üçün də nəfəs alırlar. Nəfəs aldığımız havadakı oksigen nisbəti isə son dərəcə həssas şəkildə nizamlanmışdır.

Atmosferdəki oksigen nisbətinin taraz qalması da mükəmməl “geri qaytarma” sistemi sayəsində baş verir. İnsanlar və heyvanlar davamlı şəkildə oksigen sərf edirlər və onlar üçün zəhərli olan karbondioksidi xaric edirlər. Bitkilər isə bu prosesin tam əksini həyata keçirir və karbondioksidi oksigenə çevirərək həyatın davam etməsini təmin edirlər. Hər gün bitkilər tərəfindən milyardlarla ton oksigen bu şəkildə əmələ gətirilərək atmosferə xaric edilir.

Əgər bitkilər də insanlar və heyvanlarla eyni reaksiyanı həyata keçirsəydilər, Yer çox qısa müddətdə həyat üçün əlverişsiz planetə çevrilərdi. Məsələn, həm heyvanlar, həm də bitkilər oksigen xaric etsəydilər, atmosfer qısa müddətdə “yanıcı” xüsusiyyət qazanar və ən kiçik qığılcım böyük yanğınlar törədərdi. Nəticədə Yer böyük partlayışla yanaraq məhv olardı. Digər tərəfdən əgər həm bitkilər, həm də heyvanlar karbondioksid xaric etsəydilər, bu dəfə atmosferdəki oksigen sürətlə tükənər və bir müddətdən sonra canlılar nəfəs almalarına baxmayaraq “boğularaq” kütləvi şəkildə ölərdilər.

Bütün bunlar Yerin atmosferini insan həyatı üçün xüsusi şəkildə Allahın yaradıldığnı göstərir. Kainat nəzarətsiz deyil. Hər detalı ilə planlaşdırılmış və üstün güc sahibi olan Allah tərəfindən yaradılmışdır.
(məqalə harun yahya)