KİTİN: MÜKƏMMƏL ÖRTÜK MƏMULATI



Həşəratlar dünyada ən çox rast gəlinən canlılardır. Bunun səbəbi bir çox mənfi şərtlərə qarşı dözümlü formada yaradılmalarıdır.

Onları bu cür dözümlü edən səbəblərdən biri bədənlərini örtən kitin təbəqəsidir. Kitin adlı maddə son dərəcə yüngül və incədir.

Ona görə həşəratlar üçün onu daşımaq çətin deyil. Bu maddə həşəratın bədənini xaricdən örtməklə bərabər skelet funksiyasını yerinə yetirəcək qədər möhkəm, eyni zamanda olduqca elastikdir. Bu təbəqə həşəratın bədəninin içindən ucları özünə bağlı olan əzələlərin yığılıb-açılması ilə hərəkət edir. Bu xüsusiyyət həşəratlara hərəkətlərində cəldlik qazandırdığı kimi kənardan gələn zərbələrin təsirini də azaldır. Kitin təbəqəsinin üzərindəki xüsusi örtük maddəsi sayəsində içəriyə su keçirmir. Bədənin içindəki mayelərin də kənara çıxmasına mane olur.9 Ən çətin şərtlər, məsələn, yüksək temperatur, hətta radiasiya belə ona təsir etmir.

Bu təbəqənin bir xüsusiyyəti də yan tərəfdəki şəkillərdən göründüyü kimi çox vaxt ətraf mühitlə ahəngdar rəngdə olmasıdır. Bunun sayəsində həşərat olduğu mühitdə düşmənləri görmədən yaşaya bilir. Bu təbəqənin rəngləri bəzən də ətrafdakı ov axtaran düşmənləri yayındıracaq qədər parlaq olur.

Bir çox həşəratın xarici qabığını təşkil edən kitin maddəsi möhkəmliyi, elastikliyi və izolyasiya gücü ilə hər cəhətdən mükəmməl xammaddədir. Bu qədər diqqətçəkən xüsusiyyətlərə malik olan bir maddə insanın ağlına “Əgər təyyarələr və kosmik gəmilər kitin xüsusiyyətlərinə malik bir maddədən istehsal edilsəydi, necə olardı” sualını gətirəcək. Bu xammaddə aeronavtika mütəxəssislərinin arzu etdiyi xüsusiyyətə malikdir. Ancaq texnoloji irəliləyişlərə baxmayaraq insanlar hələ belə uğur əldə etməmişlər.

XXI əsrin texnologiyası ilə bənzəri hazırlanmağa çalışdıqları kitin maddəsi həşəratlar ilk dəfə mövcud olduqların andan etibarən var və bu maddə yuxarıda da bildirdiyimiz kimi, bir həşərat üçün ən ideal örtük məmulatıdır. Canlını hər cür təhlükədən qoruyan xüsusiyyətlərə malik olan bu maddənin təsadüfən ortaya çıxması isə, əlbəttə,mümkün deyil. Heç bir həşərat öz iradəsilə qərar verib özü üçün bu cür ideal qoruma vasitəsi əmələ gətirə bilməz. Xüsusi quruluşa malik olan bu maddə təbiətdəki daşın, torpağın qərarı ilə də ortaya çıxmamışdır. Bu maddə üstünü örtdüyü həşəratların bütün qeyri-adi xüsusiyyətləri ilə birlikdə tam uyğunluq içində Allah tərəfindən yaradılmışdır.

Göyləri, yeri və oralara yayıb səpələdiyi canlıları yaratmağı Onun qüdrət nişanələrindəndir. Allah istədiyi vaxt onları bir yerə yığmağa qadirdir! (Şura surəsi, 29)
(məqalə harun yahya)