TUTUQUŞU BALIĞININ (SCARIDAE) YUXU TULUĞU



Tutuquşu balıqları xüsusilə gecələr özləri ifraz etdikləri jeleyəbənzər maddə ilə bədənlərini örtürlər. Əvvəlcə bu jeleyəbənzər maddənin necə ifraz edildiyinə və istifadəsinə baxaq. Tutuquşu balıqları gecələr özlərini xarici təsirlərdən qorumaq üçün bu jeleyəbənzər maddəni ifraz edirlər. Bu maddə, balığı gecələr aktiv olan və ciddi təhlükə yaradan düşmənlərindən qoruyur, bir tərəfdən də balığın kamuflaj üsulu ilə gizlənməsini təmin edir.

Bu jeleyəbənzər qılaf əvvəlcə qəlsəmə boşluğununn yuxarı kənarında yerləşən selik vəzindən nəfəs alıb-verərkən ifraz edilir. Bir müddət sonra bu qılaf balığın bütün bədənini örtür. Bu şəffaf yuxu tuluğunun ən mühüm funksiyası balığı ən böyük düşmənlərindən olan müren balıqlarından (Muraenidae) qorumaqdır. Mürenlər çox həssas qoxu bilmə bacarığına malikdirlər və ovlarını belə tapırlar. Lakin bu qoruyucu çanaq sayəsində müren tutuquşu balığının qoxusunu ala bilmir, hətta yanından keçdikdə ona toxunsa belə tanımır.

Bu halda ağlımıza bu sual gəlir: Tutuquşu balıqları gecələr istifadə etdikləri bu qoruyucu qılafı necə əldə ediblər? Düşmənləri müren balıqlarının güclü qoxu bilmə duyğusundan qorunmalarını, gecəni rahatlıqla keçirmələrini təmin edən bu cür mühüm maddəni necə kəşf ediblər?

Şübhəsiz, kimyəvi maddəni öz orqanizmində hazırlayıb özünü bu maddə ilə örtməyi balığın düşünməsi, planlaşdırması mümkün deyil. Həm də belə bir sistemin zaman ərzində öz-özünə meydana gəlməsi də mümkün deyil. Necə ki, şəkildəki tutquşu balığı belə bir maddəni öz şüuru ilə planlaşdırıb, orqanizmində belə bir sistemi öz iradəsilə əmələ gətirə bilmir, bundan 1000 il, 10.000 il əvvəl yaşamış tutuquşu balığı da bunu edə bilməz.

Balığın bədəninin düşməninə qarşı çox uyğun jelatinlə örtülməsi mahir kamuflaj üsuludur. Bu xüsusiyyətin təsadüfən ortaya çıxmadığı, üstün bir güc tərəfindən var edildiyi aydındır. Bu bənzərsiz güc balığa və ya başqa hər hansı bir varlığa deyil, bütün bunları yaradıb nizama salan Allaha aiddir. Ayələrdə belə buyurulur:

“O Allah Rəbbinizdir! Ondan başqa heç bir tanrı yoxdur. Hər şeyi yaran Odur. Buna görə də yalnız Ona ibadət edin. O, hər şeyə vəkildir! Gözlər Onu dərk etməz. O, gözləri dərk edər. O, lətifdir, (hər şeydən) xəbərdardır!” (Ənam surəsi, 102-103)
(məqalə harun yahya)