ƏQRƏB BALIQLARININ (SCORPAENIDAE) KAMUFLYAJI



Şəkildəki əqrəb balıqlarına baxın, olduqları mühitdən onları fərqləndirməyin necə çətin olduğunu dərhal anlayacaqsınız.

Əqrəb balıqları mülayim və tropik qurşaqdakı dəniz yatağında yaşayır və heç vaxt açıq dənizə çıxmırlar. Bu balıqlar yırtıcıdırlar və kiçik balıqları yeyirlər. Sinələrindəki üzgəclər balığın düşmənlərindən qorunmaq üçün istifadə etdiyi mükəmməl silahdır. Balığın qırmızı-ağ cizgiləri yaşadığı mərcanların içində gizlənməsinə kömək edir. Əqrəb balığı olduqca rəngli görünüşə malikdir, ancaq eyni şəkildə yaşadığı mərcanlar da çox rəngli olduğu üçün mərcanların içində asanlıqla gizlənir. Bu da düşmənləri tərəfindən ovlanmaq riskini azaldır. Eyni zamanda ovuna da yaxınlaşmasını asanlaşdırır.

Əqrəb balıqlarında olduğu kimi dəniz canlılarının bir çoxunu yaşadığı mühitdən ayırd etmək mümkün deyil. Bu canlıların varlığı ancaq hərəkət etdikdə bəlli olur. Dənizin altında qüsursuz şəkildə gizlənən canlılar bu rənglərdən istifadə edərək qida əldə edirlər, çoxalırlar, bir-birlərilə xəbərləşirlər. Bəs bu uyğunluq necə ortaya çıxıb? Bir balığın bədənini içində yaşadığı qaya ilə eyni rəngdə, hətta iynəli görünüş verən, bir kreveti dəniz bitkilərinin rəngində boyayan kimdir? Təsadüflə baş verən kimyəvi proseslərin və ya hər hansı başqa bir təsirin bu canlılara olduqları mühitin rəngini verməsi mümkün deyil. Bir balıq, krevet və ya bir xərçəng rəng anlayışı olması və özündə rəng dəyişikliyi edən sistemlər əmələ gətirməsi mümkün deyil. Bu cür düşüncə xəyaldan başqa bir şey deyil. Belə bir sistemin qurulması, canlılarda bu sistemin yerləşdirilməsi, nəsildən-nəslə ötürülməsi üçün genlərində nizamlanma aparılması və bu məlumatların canlıların hüceyrələrində kodlanması ancaq çox üstün güc sahibi tərəfindən edilə bilər. Bu üstün güc sahibi Allahdır. Bütün canlıları malik olduqları xüsusiyyətlərlə birlikdə qüdrət sahibi olan Allah yaratmışdır.

Allah başqa heç bir tanrı yoxdur. Əbədi, əzəli varlıq Odur. O nə mürgü, nə də yuxu bilər. Göylərdə və yerdə nə varsa (hamısı) Onundur. Allahın izni olmadan Onun yanında kim şəfaət edə bilər? O, bütün yaranmışların keçmişini və gələcəyini bilir. Onlar Allahın elmindən Onun Özünün istədiyindən başqa heç bir şey qavraya bilməzlər. Onun kürsüsü göyləri və yeri əhatə etmişdir. Bunları mühafizə etmək Onun üçün heç də çətin deyildir. Ən uca, ən böyük varlıq da Odur! (Bəqərə surəsi, 255)
(məqalə harun yahya)