DƏNİZ ATLARININ MARAQLI XÜSUSİYYƏTLƏRİ



Dəniz atları xarici görünüşləri və son dərəcə xüsusi nizama malik ümumi quruluşları ilə diqqət çəkən canlılardır. Boyları 4-30 sm arasında dəyişən dəniz atları adətən sahil zolağında yosunların və digər bitkilərin arasında yaşayırlar. Malik olduqları qoruyucu sümük zireh bu heyvanları təhlükələrdən qoruyur. Zireh o qədər möhkəmdir ki, qurumuş ölü dəniz atını əl ilə qırmaq mümkün deyil.

Dəniz atının başı bədəninə düz bucaq altında bitişmişdir. Başqa heç bir balıqda buna bənzər xüsusiyyətə rast gəlmək mümkün deyil. Dəniz atları bədənləri dik şəkildə üzür, başlarını yuxarı və aşağı hərəkət etdirə bilirlər. Ancaq başlarını yan tərəflərə doğru hərəkət etdirə bilmirlər. Bu xüsusiyyət digər canlılarda olsa, görmə cəhətdən problem yaradardı. Ancaq dəniz atları malik olduqları xüsusi bədən quruluşu sayəsində belə bir problemlə qarşılaşmırlar. Dəniz atlarının gözləri bir-birindən asılı olmayan, hər tərəfə sərbəst şəkildə hərəkət edən və dönərək hər tərəfi rahatlıqla seyr edən şəkildə yaradılmışdır. Ona görə başlarını iki yana çevirməsələr də, ətraflarını rahatlıqla görə bilirlər.

Dəniz atlarının üzməsi də çox xüsusi sistem sayəsində həyata keçir. Üzmə kisələrində yerləşən bir cür qazın miqdarında lazımi dəyişiklik edərək suda yuxarı-aşağı hərəkət edirlər. Əgər bu kisəsi zədələnsə və az miqdarda da olsa qaz itirsə dəniz atı dənizin dibinə batar. Bu hal isə dəniz atının ölümü deməkdir. Burada diqqət edilməli bir cəhət də var. Üzmə kisəsindəki qazın miqdarı çox həssas nizamlanmışdır. Məhz buna görə hər hansı dəyişiklik heyvanın ölümünə səbəb olar. Bu həssas nizamın bizə göstərdiyi həqiqət isə çox vacibdir. Dəniz atı ancaq bu həssas nizamla yaşaya bilər. Yəni dənizatı ancaq bu xüsusiyyəti ilə birlikdə bir andaca ortaya çıxdığı üçün yaşayır. Bu vəziyyət dəniz atının zaman ərzində bu xüsusiyyətləri qazanmasının mümkün olmadığını, yəni təkamülçülərin iddia etdiyi kmi təkamül nəticəsində əmələ gəlmədiyini göstərir. Kainatdakı hər varlıq kimi onlar da bütün xüsusiyyətlrəilə birlikdə Allah tərəfindən yaradılmışlar.

Bu canlıların ən təəccüblü cəhəti isə erkək dəniz atının doğmasıdır. Erkək dəniz atı qarnının alt hissəsində zireh təbəqəsinin olmadığı yerdə geniş bir kisəyə malikdir və bu kisədə yarığa bənzər dəlik var. Dişi yumurtalarını birbaşa bu kisəyə yerləşdirir. Erkək isə buradakı yumurtaları mayalandırır. Yumurtaların qoyulduğu kisənin içəri hissəsindəki dəri bir müddət sonra süngər kimi olur və yumurtaların qidalanmasında mühüm rol oynayan qan damarları ilə dolur. 1-2 ay sonra dəniz atının bənzəri olan balalar kisədən çıxır.

Çox sayda dəniz canlılarından təkcə biri olan dəniz atları bir çox cəhətdən bənzərsiz xüsusiyyətlərə malikdirlər. Dəniz atlarındakı yaradılış Allahın hüdudsuz gücünün, sonsuz elminin nümunələrindəndir.
(məqalə harun yahya)