QABIQLI DƏNİZ CANLILARINDAN DƏNİZ DARAQLARININ (CORIS PICTA) GÖZLƏRİ



Yan tərəfdəki şəkildə görünən canlı dəniz darağı adlandırılan qabıqlı dəniz canlısıdır. İndi şəklə diqqətlə baxın. Bu heyvanın qabığının kənarları boyu düzülmüş kiçik parlaq mavi nöqtələri gördünüz? Bəs bu nöqtələrin hər birinin əslində bir göz olduğunu desək, buna təəccüblənərsiniz?

Nə qədər təəccüblü olsa da, bu mavi nöqtələrin hər biri şəkildə görünən canlıya aid gözdür. Hər biri yalnız 1mm böyüklükdə olan bu gözlər olduqca kiçik olmalarına baxmayaraq bu canlının düşmənlərindən xilas olmasına kömək edir.

Dəniz daraqlarının bu kiçik gözlərinin hər birinin bəbəyi və tor qişası var. Bu gözlərdəki bəbəkləri işığı toplayıb fokuslayır. Ancaq bu canlıların beyinlərində görmə mərkəzi yoxdur. Yəni gözləri tərəfindən fokuslanan görüntülər canlının beynində normal bir gözün gördüyü formada şərh edilmir. Dəniz daraqlarının gözləri üzərində araşdırma aparan elm adamları bu gözlərin böyük ehtimalla görüntü əmələ gətirmədiyini təxmin edirlər. Əgər elədirsə, bu təəccüb yaradan gözlər nə işə yarayır?

Dəniz daraqları bu gözləri aydınlıqla qaranlığı ayırd etmək üçün istifadə edirlər və beləliklə, qumlu sahələrdən yosunlu sahələrə doğru hərəkət edə bilirlər. Bundan əlavə, millimetrik gözləri istridyələrə ətraflarındakı hərəkətləri seçmə hissini də verirlər.

İstridyə bu sayədə onu tutmaq istəyənlərdən qaçıb xilas ola bilir.

Dəniz darağının gözləri yaşadığı mühitdə ehtiyaclarını təmin edən xüsusiyyətlərə malikdir və bu gözlərin quruluşunda çox açıq yaradılış dəlili var. Gözlər bu canlının xarici aləmi hiss edəcəyi şəkildə sıra ilə qabığın xarici hissəsinə düzülmüşdür. Yəni bu canlıya ehtiyacı olan gözlər lazımi uyğunluqda və nizamla verilmişdir. Dəniz altındakı qabıqlı canlıdan quşlara, ağaclardakı sistemlərdən ulduzlara qədər kainatın hər yerini əhatə edən bu qüsursuz uyğunluq, nizam və planı əlbəttə bir planlayan, Yaradan var. Allah canlılarda yaratdığı bu kimi detallı formalarla bizə Özünü tanıdır. Ağıl sahibi insanların üzərinə düşən vəzifə isə göydən yerə, atomdan qalaktikalara qədər hər yerdə təzahür edən Allahın hüdudsuz gücünü görmək və yalnız Allaha yönəlməkdir.

Və Allahla yanaşı başqa heç bir tanrıya ibadət etmə. Allahdan başqa heç bir tanrı yoxdur. Allahdan başqa hər şey məhvə məhkumdur. Hökm Onundur. Siz məhz Onun hüzuruna qaytarılacaqsınız! (Qəsəs surəsi, 88)
(məqalə harun yahya)