SU ALTINDAKI SIĞINACAQLAR: MƏRCANLAR



Mərcanlar tropik suların dayaz yerlərində yaşayan canlılardır. Ölü mərcanların əhəngdaşına çevrilən skeletlərinin zaman ərzində toplanması nəticəsində bir çox canlının birlikdə yaşadığı mərcan rifləri əmələ gəlir. Riflər olduqca böyük sahəyə malik olurlar.

Elm adamları mərcan riflərini içlərində yaşayan canlı müxtəlifliyi baxımından yağış meşələri ilə müqayisə edirlər. Çünki mərcan riflərində 2000-dən çox balıq, 5000 növdə molyusk, 200 növdə mərcan və saysız-hesabsız xərçəng növü, dəniz kirpisi, dəniz ulduzu, dəniz ilbizi növləri var.

Poliplər də mərcan riflərində yaşayan canlı növüdür və toxumalarının daxili səthindəki hücrələrdə yaşayan dəniz yosunları ilə ortaq həyat sürürlər. Dəniz yosunlarının xlorofil hüceyrələri var, bu sayədə fotosintez prososesini həyata keçirirlər. Dəniz yosunları oksigen cəhətdən zəngin, lakin qidadan məhrumdurlar. Digər bitkilər kimi dəniz yosununun da nitrat və fosfata ehtiyacı var. Məhz burada iki canlı arasındakı ortaq həyatın əhəmiyyəti ortaya çıxır. Tək yaşaya bilməyən bu canlılar birlikdə yaşamaları sayəsində çatışmazlıqlarını ortadan qaldıraraq həyatlarına davam edirlər.

Polip toxumalarında yaşayan dəniz yosunu həyatları üçün lazımlı azot kimi maddələri poliplərdən əldə edirlər. Eyni zamanda təhlükəsiz sığınacaqda yerləşərək düşmənlərindən də qorunurlar. Poliplər də dəniz yosununun fotosintezlə hazırladıqları qidanın bir hissəsini alırlar. Bu yolla poliplər əhəngdaşından ibarət skeletlərini qurmaq üçün ehtiyacları olan lazımi enerjini əldə edirlər.

Digər ortaq yaşayan bütün canlılarda olduğu kimi poliplərlə dəniz yosunu arasındakı ortaq həyatda da hər iki canlının bütün ehtiyacları ən asan şəkildə təmin edilir. Bu canlıları birləşdirən, hər ikisinin də ehtiyaclarından xəbərdar olan tək Yaradıcının olması aydındır. Bu canlılar bir-birlərini tamamlayan, bir-birlərinin ehtiyaclarını təmin edən şəkildə Allah tərəfindən yaradılmışlar.

Allah dəniz altında yaratdığı növbənöv canlı və bu canlılardakı bənzərsiz quruluşlar, heyrətamiz xüsusiyyətlər ilə bizə sonsuz və hüdudsuz elmini tanıdır.

“(Allah) yer üzündə yaratdığı cürbəcür şeyləri də sizin ixtiyarınıza verdi. Öyüd-nəsihət qəbul edənlər üçün, sözsüz ki, bunda da əlamətlər vardır! Təzə ət yeməyiniz, taxdığınız bəzək şeylərini çıxartmağınız üçün dənizi də sizə ram edən Odur. Nemətindən ruzi axtarmağınız üçün sən gəmilərin onu yara-yara üzüb getdiyini görürsən. Bəlkə, şükür edəsiniz! (Bütün bunlar) Onun lütfünü aramanız və şükür etməyiniz üçündür!” (Nəhl surəsi, 13-14)
(məqalə harun yahya)