ANTİLOPLARIN BƏDƏNİNDƏKİ XÜSUSİ SOYUTMA SİSTEMİ



İnsanlar soyutma sistemlərini çox yaxın dövrdə kəşf etmiş, texnologiyanın inkişlafı ilə bu günkü müasir halına qədər təkmilləşdirmişdir. Ancaq soyutma sistemlərini ilk dəfə kəşf edənlər insanlar deyil. Təbiətdəki istiqanlı hər canlının bədənində temperaturun nizamlanması üçün lazımlı mexanizm var. Bu canlılar bədənlərindəki soyutma sistemilə birlikdə yaradılmışlar.

Bunlara misal olaraq Afrikanın sürətlə qaçan antilopunu göstərə bilərik. Antilop yaşamaq üçün düşmənlərindən qaçmağa məcburdur, çünki başqa müdafiə vasitəsi yoxdur. Bu sürətli qaçış antilopun bədəninin temperaturunu həddindən artıq qaldırır.

Lakin antilopun həyatda qalması üçün beyninin bədənindən daha sərin qalması vacibdir.

Antilopun beyninin sərin qalması üçün başının sağ tərəfində özünəməxsus soyutma sistemi var. Antilopların və ona bənzər heyvanların nəfəs alma kanallarının arxasında uzanan, böyük qan yığınlarının içərisindən yayılan yüzlərlə kiçik arteriya var. Qəbul edilmiş hava burunun içindəki nəmliyi soyudur, ona görə kiçik arteriyaların içərisindən keçən qan soyuyur. Sonra kiçik arteriyalar qanı beyinə daşıyan bir qan damarında birləşir. Bu sayədə antilop qaçarkən sürətlə artan bədən temperaturundan zərər görmür.

Burada diqqətçəkən cəhət var: bu qüsursuz sistem zaman ərzində öz-özünə meydana gələ bilməz. Çünki beyinin soyudulması üçün lazımlı olan bu sistemin olmaması antilopun ilk dəfə qaçması ilə ölümünə səbəb olar.

Antiloplardakı soyutma sistemi misalından da göründüyü kimi canlılardakı quruluşlar təkamülçülərin “mərhələli inkişaf” iddiası ilə açıqlanmayacaq qədər mürəkkəbdir. Yəni bir canlının bədən sistemləriin və orqanlarının zaman ərzində kiçik dəyişikliklərlə ortaya çıxması mümkünsüzdür. Canlı bədənləri antiloplardakı soyut sistemi kimi təkcə bir hissəsi olmasa, heç bir işə yaramayan formalardan ibarətdir. Bu da bütün canlıların təkamülçülərin iddia etdikləri kimi təsadüflərlə zaman ərzində əmələ gəlmədiklərini, əksinə, Allah tərəfindən bir andaca qüsursuz şəkildə yaradıldıqlarını sübut edir. Bu düşünən və ağlını işlədən insanlar üçün çox açıq həqiqətdir.

“Əgər (ağıllı-başlı) düşünə bilirsinizsə, (anlayın ki) O, şərqin, qərbin və onların ikisinin arasında olanların Rəbbidir!” (Şüəra surəsi, 28)
(məqalə harun yahya)