SƏHRADAKI HƏYAT



Gündüz həddindən artıq isti, gecə isə dondurucu soyuq, həftələr, hətta aylar boyu davam edən quraqlıq, qida çatışmazlığı... Bütün bunlar səhralardakı mühitin bir hissəsidir. Bu çətin şərtlər altında yaşamaq, əlbəttə, asan deyil. Ancaq bütün bu çətin görünən şərtlərə baxmayaraq səhrada yaşayan bir çox canlı var. Bu canlılara baxdıqda hər hərəkətlərinin, bədən quruluşlarının burda yaşamağa uyğun xüsusiyyətdə yaradıldığını görürük. Allah bu canlıları onlara xas şəkildə yaratdığı üsullarla istidən qoruyur. Nümunələri nəzərdən keçirdikdə bu canlıların malik olduqları xüsusiyyətlərin təsadüfən ortaya çıxmadıqları, ancaq üstün güc sahibi olan bir Yaradan tərəfindən yaradıldıqları aydın olacaq.

Qum təpələrində yaşayan səhra gürzələri (Cerates vipera) qumların altında yaşayır. Gürzə quma yanakı titrəmələrlə baş vurur.

Quyruğu soldan sağa doğru sürətlə hərəkət edir, sonra bu hərəkət ilan tamamilə quma gömülənə qədər üç qıvrım halında olan bütün gövdəsinə yayılır. Heyvan bəzən bir, bəzən də iki gözünü də çöldə qoyur. Bu sayədə ovlama imkanı əldə edir.

Qum fırtınalarının ani surətdə başladığı belə bir mühitdə gözlərini çöldə qoymaq əslində ilana zərər verə bilər. Ancaq gürzənin gözündəki quruluş ilə bu təhlükə tamamilə aradan qaldırılmışdır. Gürzənin gözləri quma qarşı şəffaf qabıqdan olan “eynək” ilə qorunur.



Səhrada yaşayan canlılardan biri də ən kiçik tülkü olan Fennec tülküsüdür. Onun çox böyük qulaqları var. Bu tülkülər Afrika və Ərəbistanın qumlu çöllərində yaşayırar. Enli qulaqları sadəcə ovunun yerini müəyyən etməyə kömək etmir; eyni zamanda çox istilənməyin qarşısını alaraq heyvanın sərin qalmasını da təmin edir.

Səhralarda yaşayan çömçə burunlu kərtənkələ isə quyruğunu və ayaqlarını sərinlətmək üçün isti qumun üzərində rəqs edirmiş kimi hərəkət edir. Sonra quyruğunun dəstəyilə çarpaz şəkildə bir qabaq, bir arxa ayağını havaya qaldırır. Bir neçə saniyə sonra ayaqlar dəyişir. Kərtənkələ aerodinamik formalı burnu və bədəni sayəsində qum təpəciklərinin içində sanki üzür. Böyük ayaqları qumların arasında çox sürətlə qaçmasına kömək edir.

Avstraliyada yaşayan səhra qurbağaları isə sanki su anbarıdırlar. Bədənlərindəki kisələri yağış yağdıqda su ilə doldururlar. Daha sonra qumun altına girir və yağacaq yağışları gözləməyə başlayırlar. Digər səhra heyvanları da susadıqda bu qurbağaları tapırlar, qumdan çıxararaq qurbağadakı suyu içirlər.
(məqalə harun yahya)