CANLILARDAKI MÜKƏMMƏL SİMMETRİYA



Güzgüdə üzünüzə baxın, mükəmməl simmetriyanın olduğunu görəcəksiniz. Əlinizə bir jurnal alın və səhifələrini çevirin. Çevirdiyiniz səhifələrdə qarşınıza çıxan insanlar, çölə baxdıqda gördüyünüz quşlar, çiçəklər, kəpənəklər də eyni simmetriyaya malikdirlər.

Simmetriya kainatdakı uyğunluğu təmin edən məsələlərdən biridir. Bütün canlılar simmetrik quruluşa malikdirlər.

Dəniz canlılarına baxın, eyni simmetriyanı görərsiniz. Balıqlar, xərçənglər, krevetlər, qabıqlı dəniz canlıları... Əlinizə bir cüt dəniz qabığı alın və simmetrik şəkildə bu qabıqları qarşı-qarşıya qoyun. Cizgilərinin düzülüşündə, böyükdən kiçiyə doğru sıralanmasında da qüsursuz simmetriya və bənzərsiz rəng müxtəlifliyini görəcəksiniz. Kainatdakı hər şeyin öz-özünə inkişaf edən təsadüflər nəticəsində ortaya çıxdığını iddia edən təkamül nəzəriyyəsinin tərəfdarları təbiətdə nümayiş etdirilən bu rəng müxtəlifliyi, simmetriya və nizam qarşısında bir açıqlama verə bilmirlər.

Bu cür qüsursuz nizamın öz-özünə, kor təsadüflər, şüursuz hadisələr ilə açıqlana bilməyəcəyi aydındır. Təkamülçülülərin irəli sürdükləri iddialar ilə təbiətdəki canlıların rənglərinin, naxışlarının, simmetriyanın əmələ gəlməsini açıqlamaları heç cür mümkün deyil. Bu ağıl sahibi hər insanın dərhal fərqinə varacağı açıq-aydın həqiqətdir. Belə ki, nəzəriyyənin banisi olmasına baxmayaraq Çarlz Darvin də bu həqiqəti etiraf etməyə məcbur olmuşdur:

“Parlaq rənglər, erkək balıqların bala çıxarması, parlaq dişi kəpənəklər... bu gözəlliyin təbii seçmənin nəzarətilə əmələ gəldiyini düşünə bilmirəm.”

Əlbəttə, ətrafımızda gördüyümüz saysız-hesabsız gözəllik nümunələrinin, rəngarəng kəpənəklərin, güllərin, bənövşələrin, çiyələklərin, gilasların, cəlbedici rənglərilə tutuquşuların, tovuzquşlarının, bəbirlərin, qısaca desək, bütün ehtişamı ilə yer üzünün təsadüflərlə əmələ gəldiyini ağl və məntiq sahibi heç bir insan iddia etməz. Canlılar bu xüsusiyyətlərə malik şəkildə Allah tərəfindən yaradılmışlar. Allahın elmi hər yeri əhatə etmişdir. Ondan başqa tanrı yoxdur.

“Məgər sən bilmirsən ki, göylərin və yerin səltənəti ancaq Allaha məxsusdur və sizin Allahdan başqa bir dostunuz və yardımçınız yoxdur?!” (Bəqərə surəsi, 107)
(məqalə harun yahya)