ZƏHƏRİ ZƏRƏRSİZLƏŞDİRƏN QUŞLAR: ARARALAR



Hər hansı səbəbdən zəhərlənən insan xilas olmaq üçün zəhərin təsirini məhv edən dərman qəbul etməli və ya zəhər tibbi yolla orqanizmdən çıxarılmalıdır. Zəhərlənmələr haqqında tibbi məlumatı olmayan bir şəxsin bitkidən və ya başqa hər hansı maddədən istifadə edərək öz-özünü müalicə etməsi mümkün deyil.

Ancaq bəzi canlılar çox insanın təhsil alaraq əldə etdiyi bu biliyə doğulduğu andan malikdir. Şüura, öyrənmək üçün ağıla, zəkaya malik olmayan heyvanlar bir çox hallarda xəstəliklərini özləri müalicə edirlər. Heyvanların öz-özlərini müalicə etmək üçün istifadə etdikləri üsullardakı diqqət çəkən cəhət hamısının nə edəcəklərini çox yaxşı bilmələri, hansı xəstəliyə nəyin xeyir verəcəyini müəyyən etmələridir. Bəs bunu edən həqiqətən heyvanların özləridir? Heyvanlar bu məlumatları necə əldə ediblər? Təkamülçülər canlıların bu cür davranışlarının bir çoxunun instinktiv olduğunu iddia edirlər, ancaq instinktlərin mənbəyini, bu davranışların ilk dəfə necə ortaya çıxdığını açıqlaya bilmirlər.

Əvvəla, canlıların bunları zaman ərzində öyrənmələri mümkün deyil. Məsələn, zəhərlənən heyvan dərhal öləcək. Zəhərlənməsinə səbəb olan amili necə ortadan qaldıracağını təcrübədən keçirərək öyrənməsi bu halda mümkün deyil. Unudulmamalıdır ki, heyvanın belə bir şeyi düşünən şüuru da yoxdur.

Heyvanların öz-özlərini müalicə edərkən nümayiş etdirdikləri şüurlu davranışlarına bir misalda baxaq. Araralar tropik Amerikaya xas olan bir cür tutuquşu növüdür. Cəlbedici rəngləri ilə olduqca cəlbedici olan bu canlıların ən təəccüblü cəhəti zəhərli toxumlarla qidalanmalarıdır. İri qarmağı xatırladan dimdiklərilə çox bərk qabıqları belə qıra bilən bu quşlar zəhərli toxumlarla bağlı sanki mütəxəssisdirlər. Bu olduqca təəccüblü haldır, çünki zəhərli toxum yedikdə quş zəhərlənməlidir. Ancaq bu baş vermir və quş zəhərli toxumları yedikdən sonra dərhal qayalıqlara doğru uçur və orada olan gilli qaya parçalarını gəmirib udmağa başlayır. Bu davranışın səbəbi gilli qaya parçalarının toxumların içindəki toksini udması və zəhərin təsirini məhv etməsidir. Quşlar bu sayədə zəhərlənmədən toxumları həzm edirlər.

Bir bitkidəki zəhərin necə zərərsizləşdirilməsini araraların öz-özlərinə bilməsi, əlbəttə, mümkün deyil. Canlılardakı bu cür şüurlu davranışların heyvanların özlərindən qaynaqlanmadığı, bunun mənbəyinin təbiətdə mövcud olan başqa bir güc və ya təsir olmadığı da aydındır. Gözlə görünməyən bir güc bütün canlıların davranışlarına nəzarət edir, yəni onlara ilham edir. Bu tayı-bərabəri olmayan güc məhz Allaha aiddir. Üstün elm sahibi olan Allah nəzarət edəndir, yaratdıqlarını qoruyandır.
(məqalə harun yahya)