TƏBİƏTDƏKİ TOXUCULAR



Yaşıl və təzə yarpaqlardan incə uzun zolaqlar kəsərək son dərəcə sistemli hərəkətlərlə, tapdığı haça budaqlarda hörülmüş möhkəm yuvalar quran bir canlı üçün “bunları təsadüfən öyrənmişdir” demək mümkündür? Əlbəttə, belə bacarıq qarşısında “təsadüfən öyrənmişdir” iddiası olduqca yersiz açıqlamadır. Bir az sonra verəcəyimiz misaldan da görəcəyiniz kimi canlılarda mövcud olan daha bir çox xüsusiyyət təkamülçülərin təsadüf iddialarının nə qədər ağıl və məntiqdən kənar olduğunu açıq şəkildə ortaya qoyur.

Toxucu quş əvvəlcə istifadə edəcəyi materialı toplayır. Ya yaşıl və təzə yarpaqlardan özünə incə uzun zolaqlar kəsir, ya da yarpaqların orta damarlarından istifadə edirlər. Xüsusilə təzə yarpaqları seçməsinin isə, əlbəttə, səbəbi var. Quru yarpaqları hörmək çox çətindir, ancaq təzə yarpaq liflərini hörmək çox asandır. Quş əvvəlcə haça budağa bir yarpaqdan qopardığı uzun lifin ucunu sarıyaraq işə başlayır. Bir ayağı ilə lifin ucunu budağın üstündə tutur, digər ucunu dimdiyilə hörür. Liflərin açılmasının qarşısını almaq üçün onları düyünləyib bir-birlərinə bağlayır.

Əvvəlcə bir çənbər əmələ gətirir, bu yuvanın girişidir. Daha sonra isə dimdiyindən məkik kimi istifadə edərək yarpaq liflərini digər liflərin üzərindən və altından sıra ilə keçirir. Toxuma prosesi əsnasında hər lifin nə qədər çəkilməsi lazım olduğunu da hesablayır. Çünki əgər toxuma boş olsa, yuva çökər. Bundan başqa, yuvanın son vəziyyətini zehnində canlandırmalıdır ki, divarların nə vaxt qövsvari formaya salacağına və ya çölə doğru çıxıntı verəcəyinə qərar versin.

Girişi toxuduqdan sonra yuvanın divarlarını toxumağa başlayır. Bunun üçün başıaşağı dayanır və içəridən işləməyə davam edir.
Dimdiyilə bir lifi digərinin altına soxur və sonra həssas şəkildə çöldə qalan ucunu tutur və tarım çəkir. Beləliklə, son dərəcə müntəzəm toxuma əmələ gətirir.

Göründüyü kimi, toxucu quş yuvasını qurarkən daima bir neçə mərhələ sonrasını hesablayaraq hərəkət edir. Əvvəlcə yuvası üçün ən uyğun materialı toplayır, yuvanı toxumağa təsadüfi yerdən başlamır. Əvvəlcə girişi toxuyur, oradan divarlara davam edir.

Toxucu quşların bu bacarıqlara təsadüfən, şüursuz şəkildə yiyələnməsini iddia etmək, əlbəttə, mümkün deyil. Bu quşların öz-özlərinə bu qədər qarışıq formaya malik olan yuvalar hörməsi təsadüflərlə açıqlana bilməz. Toxucu quşların da bütün canlılar kimi Allahın ilhamı ilə hərəkət etdikləri ağıl və vicdan sahibi hər insanın asanlıqla görəcəyi açıq-aydın həqiqətdir.
(məqalə harun yahya)