UÇAN SİNCABLARIN BACARIQLARI



Allah yaratdığı maraqlı xüsusiyyətdəki canlılarla insanlara Özünü tanıdır. İnsanların tanıdıqları canlılar haqqında öyrəndikləri hərtərəfli məlumat heyrətlərini artırır; tanımadıqları canlılar haqqındakı məlumatlar isə zehinlərindəki qəflət pərdəsinin açılmasına kömək edir. Bu xüsusiyyətlər üzərində düşünmək isə hər birindəki qüsursuz yaradılışı görməyə və Allahın sonsuz qüdrətini təqdir etməyə mükəmməl vasitədir.

Uçan sincablar da insanların üzərində düşünmə monotonluğunu, alışqanlıq pərdəsini qaldıracaq xüsusiyyətlərə malik olan milyonlarla canlı növündən biridir. Boyları 45-90 sm arasında dəyişən uçan sincablar Avstraliyada yaşayırlar. Bir ağacdan digərinə planer (motorsuz uçan aparat) kimi uçaraq keçən bu canlıların bütün növləri ağaclarda yaşayır. Bu canlılar qollarının arasındakı uçma pərdəsi vasitəsilə uçurlar.

Başqa bir növün uçma pərdəsi qabaq ayaqlardan arxadakılara qədər uzanır; dardır və qotaza bənzər uzun tükləri var. Digər növlərdə isə bu paraşütəbənzər forma kürklü dəridən ibarət pərdədir. Bu pərdə qabaq ayaq topuğuna qədər uzanır. Uçan kuskus adlı növ bir ağacın gövdəsindən atılır və gərilmiş dərinin planerə bənzəyən təsirindən bir dəfədə 30 metrlik məsafəyə tullanır.

Böyük uçan sincablar ağaclar arasında planer kimi uçurlar. Bu canlıların ard-arda 6 dəfədə 530 metr məsafə qət etdikləri müşahidə edilmişdir.

Burada verilmiş digər nümunələrdən də göründüyü kimi uçan sincablar özlərinə xas xüsusiyyətlərə malikdirlər. Yer üzündəki milyonlarla növ canlının malik olduğu bənzərsiz xüsusiyyətlərin necə ortaya çıxdığını düşünən bir insan bunların bircəsinin belə şüursuz hadisələr nəticəsində ortaya çıxmayacağını, bir canlının öz-özünə qüsursuz xüsusiyyətlər qazanmayacağını, bu canlının bir hissəsinin belə təsadüfən əmələ gəlməyəcəyini dərhal anlayacaq. Bütün heyvanlar, bitkilər, insanlar Allah tərəfindən əksiksiz şəkildə yaradılmışlar. Ağıl və vicdanla düşünən insanlar üçün bu çox açıq həqiqətdir.

Bu həqiqəti dərk etmək və bütün həyatını ona görə qurmaq hər insanın xeyrinədir. Çünki insanın dünyadakı vəzifəsi Allahın ehtişamlı yaratmasını görmək və bu yaradılış qarşısında Allahın sonsuz gücünü və elmini təqdir etməkdir.

“Sizin tanrınız ancaq O Allahdır ki, Ondan başqa heç bir tanrı yoxdur. O, elm ilə hər şeyi ehtiva etmişdir!” (Taha surəsi, 98)
(məqalə harun yahya)