BAL ARISI



Bal arısı dayanmadan, dincəlmədən gündə iyirmi min çiçəyi ziyarət edir. Ömründə 2.000.000 km-lik bir yolu qət edir və bu məşəqqətli işin nəticəsi olaraq bal kimi dadlı bir qidanı bizlərə təqdim edir. Əgər bu zəhərli böcək, Allahın vəzifə verdiyi bir məmuru deyilsə və bal hazırlama sənətini Allah öyrətməyibsə?

1-Kim öyrətdi? Bütün insanlar toplansa, bir qramını belə hazırlaya bilməyəcəyi balı, bu böcək necə düzəldir? Yoxsa, bizdən daha ağıllıdır?

2-Arının, sadəcə, bal hazırlamağı bilməyi kifayət deyildir. Çünkü, bu fəaliyyətdə bal, tək halda düşünülməmişdir. Belə ki, bal, insana mənfəət olaraq yaradılmışdır. O halda, balı hazırlayanın, insandan xəbərdar olmağı və insan orqanizmi haqqında məlumatı olmağı tələb olunur. Halbuki, arıda belə bir elm yoxdur.

3-Balı hazırlayıb insanlara yedirtmək, rəhmətin və şəfqətin bir əsəridir. Halbuki, arının bizə qarşı nə mərhəməti, nə də şəfqəti vardır. Buna dəlil isə, fürsət tapdığı zaman, bizi zəhərli iynəsi ilə sancmağıdır. O halda bizə qarşı şəfqət və mərhəmət göstərən kimidir?

4-Arı, çiçəklərin tozlanmasında da böyük bir vəzifə boynuna götürür. Çiçək tozlarını, bir çiçəkdən başqa çiçəyə daşıyaraq artımlarını təmin edir. Arı, bir çiçəyə qonduğu zaman yapışqan və sıx olan tüklərini çiçək tozlarına bulaşdırır. Sonra eyni cinsin fərqli fərdinə qonaraq çiçək tozlarını ona bulaşdırır. Bu vəzifənin icrasında isə maraqlı bir səhnə meydana gəlir. Belə ki, bal arısı, məsələn, bir qızılgül çiçəyinə qonsa, ətrafdakı qızılgül çiçəkləri bitənə qədər başqa bir növə qonmur. Bunun səbəbi isə budur;

əgər fərqli çiçəklərə qonsa idi, çiçək tozları fərqli gül növlərinə daşınacağına görə döllənmə meydana gəlməzdi və çiçəklərin nəsli tükənərdi. Bəs görəsən bal arıları çiçəkləri necə tanıyır? Çiçəklərin nəslinin davamı üçün bu yorucu səyahəti nə üçün edir?

Peyvənd etmə vəzifəsinə uyğun olaraq tükləri vücuduna kim taxtı?


5-Bal arısının, kiçicik qarnında bal bişirmək və əzaları yox etmə qabiliyyətinə malik olan zəhərə bulaşdırmamaq kimi möcüzəli bir hərəkətin icraçısı Allahdan başqa kim ola bilər?
(məqalə harun yahya)