KOMPASSIZ İSTİQAMƏTİ MÜƏYYƏN ETMƏ BACARIĞI: TISBAĞALAR



Kompaslar Yerin maqnit sahəsindən istifadə edərək istiqaməti göstərirlər. Bu xüsusiyyətlərinə görə də hava və dəniz səyahətlərində həyati əhəmiyyət daşıyırlar. Ən son aparılan tədqiqatlar isə bununla bağlı təəccüblü bəzi həqiqətləri üzə çıxarmışdır. Kompasın icadı və insanlar tərəfindən istifadəsi müəyyən bilik və elm nəticəsində ortaya çıxmışdır. Bununla belə bəzi canlı növləri uzun səyahətlərdə “öz kompaslarından” istifadə edirlər. Təbiətdəki bir çox canlı növü yuvalarının, ovlarının və köç etdikləri bölgələrin yerlərini heç çətinlik çəkmədən tapa bilir. Bu canlılar heç bilikləri yok ikən və bununla bağlı heç nə öyrənmədiklərinə baxmayaraq bunu bacarırlar.

Dünyanın müxtəlif yerlərində torpaqdakı maqnetik elementlərin sıxlığı və bu sıxlığın yaratdığı dünya səthi ilə kəsişən cəhətlər fərqlənir. Əgər bir canlı bu dəyişiklikləri hiss edirsə, bu o deməkdir ki, o xəritə üzərindəki meridian və paralelləri də tapa bilər.
Maqnit sahəsini müəyyən etmə xüsusilə cavan “Loggerhead tısbağaları” (Caretta Caretta) üçün çox böyük əhəmiyyət kəsb edir. Bu tısbağalar ancaq Sarqossa dənizini əhatə edən dairəvi sistem olan Şimali Atlantika tropikində yaşaya bilirlər. Şimali Karolina Universitetindən Kennet və Ketrin Louman adlı tədqiqatçılar keçirdikləri təcrübə ilə tısbağaların bu tropikdə qalmaq üçün öz maqnetik ölçülərindən istifadə etdiklərini üzə çıxarmışlar.

Tədqiqatçılar xüsusilə tısbağaları kompüter nəzarəti altında maqnit sahəsi ehtiva edən çənin içinə qoyublar. Sahənin maqnetik dərəcəsi tropikin sərhəddindəkilə eyni olduqda tısbağalar tropikin içinə doğru üzməyə başlamışlar.

Fərqli tədqiqatlarda çənin içindəki maqnit sahəsinin gücü də dəyişdirilmişdir. Sahənin gücü tropikin sərhəddi ilə eyni olduqda tısbağalar tropikin içi zənn etdikləri bölgəyə doğru üzmüşlər və təhlükəli sərhəddən uzaqlaşmışlar.

Nəticədə tısbağalar üzərində aparılan bu təcrübə bizə bəzi canlıların maqnit sahəsi xəritələrini müəyyən edə bildiyini və canlıların malik olduqları bu qeyri-adi hiss mexanizmlərinin tam mənada bir dizayn möcüzəsi olduğunu sübut edir. Şübhəsiz, tısbağalardakı bu mürəkkəb quruluşun təkamülçülərin iddia etdikləri kimi təsadüfən əmələ gəldiyini söyləməyin gəmilərdəki maqnetik kompasların dalğaların təsadüfən gəmiylə toqquşduğu ilə əmələ gəldiyini iddia etməkdən fərqi yoxdur. Heç bir təsadüfün bu qədər mürəkkəb mexanizmləri əmələ gətirməsi mümkün deyil. Tısbağalar da daxil olmaqla bütün canlıları Allah yaratmışdır.
(məqalə harun yahya)