PİNQVİNLƏRİN XÜSUSİ DİZAYNI



Quş növü olan pinqvinlər, qütblərdə buz üstündə böyük qruplar şəklində yaşayırlar. Digər quşlar kimi havada uça bilmirlər, amma dərin suların ən usta üzücüləridirlər. Suyun altında bu cür çevik və sürətli ola bilmələrini bənzərsiz bədən xüsusiyyətlərinə borcludurlar. Bədənlərini örtən kürkləri, dərilərindən çıxarılan xüsusi bir yağ sayəsində su keçirmir. Sürüşkən bir dalğıc paltarına sahib pinqvinlər, beləliklə sualtında saatda 25 km-ə çatan bir sürətlə üzə bilərlər.

Havada uçan quşlar yüngül olmaq məcburiyyətindədirlər, buna görə sümüklərinin içi boş yaradılmışdır. Halbuki, pinqvinlərin çox dərinə üzə bilmək üçün ağırlığa ehtiyacları var. Buna görə də fərqli yaradılışları vardır: sümüklərinin içi doludur. Beləliklə, rahat şəkildə balıqların arxasından dərin sulara üzə bilirlər. Pinqvinlər bu çox xüsusi dizaynları sayəsində 600 metr dərinə üzə bilən tək quş növləridir. Bu cür üzmə qabiliyyəti 10-15 dəqiqə çəkir.

Müddətin bu cür uzun olmasının başqa bir səbəbi daha var. Araşdırmalara görə bu dondurucu soyuq sulardakı balıqları yedikcə pinqvinlərin mədələri soyuyur, beləliklə maddələr mübadiləsi də yavaşlayır. Yavaş işləyən maddələr mübadiləsi sayəsində əzələlərin oksigen ehtiyacı azalır və pinqvinin suyun altında qaldığı müddət də uzanmış olur.

Bəs -50 dərəcəyə çatan soyuqda, dondurucu küləklərə baxmayaraq bu pinqvinlər necə donmadan ayaqda dayana bilirlər? Bu sualın cavabı kürklərindəki dizaynda gizlidir. Kürkləri 3 qatdan ibarətdir. İlk lay bir-biri üzərinə yapışmış xarici tüklərdir. Bu layın altında bir divar kimi izolyasiya funksiyası yerinə yetirən bir hava layı var. Üçüncü və son lay isə qalın bir yağ təbəqəsidir. Bu xüsusi hazırlanmış kürk sayəsində pinqvinlər günlər, həftələr, hətta aylarla kəskin soyuğa qarşı donmadan yaşaya bilirlər.

Pinqvinlərin yalnız ayaqları buzla təmas halındadır. Yaxşı aylarla ayaqda dayanan pinqvinlərin ayaqlarıdamı donmur? Xeyr. Çünki pinqvinlərin ayaqları da xüsusi bir dizayna malikdir. Donmayan ayaqların sirri içlərindəki bənzərsiz damar şəbəkəsidir.

“Qarşıaxım istilik dəyişməsi” adı verilən bu dövran sistemində ayaqlardakı qanı geri daşıyan damarlar arteriyaların ətrafını tor kimi hörüb. Arteriya davamlı olaraq damarları isidir, damarlar da arteriyanı soyudur. Beləliklə, damarlardakı istilik itirilmədən dərhal geri qazanılır. Bu xüsusi damar toru sayəsində pinqvinlər bədən istiliklərini əsla itirmirlər və ayaqları da üşümür.

Uca Allah pinqvinləri belə bir mühitdə rahatlıqla yaşaya biləcəkləri sistemlərə sahib olaraq, üstün bir yaradılışla yaratmışdır.
(məqalə harun yahya)