TIRTILDAN KƏPƏNƏYƏ



Sizin 450-500 ədəd yumurtanız olsa və bunları açıq havada mühafizə etmək lazım gəlsə, nə edərsiniz? Onların külək və s. kimi təbii şərtlərin təsiri ilə açılıb-dağılmalarının qarşısını almaq üçün tədbir görməyiniz şübhəsiz ki, ən ağlabatandır.
Bir dəfəyə ən çox yumurta qoyan canlılardan biri olan ipəkqurdu (450-500 yumurta) yumurtalarını qorumaq üçün çox ağıllı üsuldan istifadə edir: yumurtaları ifraz etdiyi yapışqanlı maddə ilə (iplə) bir-birilərinə sarıyaraq açılıb-dağılmalarının qarşısını alır.

Yumurtadan çıxan tırtıllar ilk iş olaraq özlərinə uyğun yer tapır və eyni iplə oraya bağlanırlar. Sonra inkişaf etmələri üçün ifraz etdikləri bu iplə özlərinə qoza hörməyə başlayırlar. Həyata gözlərini yeni açmış tırtılın bu işi fasiləsiz olaraq 3-4 gün davam edir.

Bu müddətdə tırtıl min dəfələrlə fırlanaraq təqribən 900-1500 metr uzunluğunda ip əyirir. Bu proses bitincə də heç istirahət etmədən yeni işə başlayır və gözəl kəpənəyə çevrilərək dəyişiklik keçirir.

Nə ana ipəkqurdunun balasını qorumaq üçün gördüyü tədbir, nə də hər şeydən xəbərsiz, hələ heç bir məlumata sahib olmayan kiçik tırtılın davranışları təkamüllə izah edilməsi mümkün olmayan hədisələrdir. Hər şeydən əvvəl, ananın yumurtaları yapışdırmaq üçün istifadə etdiyi ipi hazırlaması möcüzədir. Yumurtadan yeni çıxan tırtılın özü üçün uyğun olan mühiti tanıyıb, ona uyğun qoza hörməsi, sonra da dəyişilməsi və dəyişməni problemsiz keçirməsi isə insanın ağlına belə gəlməyəcək qədər qeyri-adidir. Bu vəziyyətdə hər tırtılın dünyaya nə etməli olduğunu əvvəlcədən bilirmiş kimi gəldiyini rahatlıqla söyləyə bilərik ki, bu da bütün bunların hələ dünyaya gəlmədən ''öyrədilmiş'' olduğu mənasına gəlir.



Bunu bir misalla açıqlayaq: əgər yenicə doğulmuş uşağın bir neçə saat sonra ayağa qalxdığını, özünə yataq düzəltmək üçün ləvazimat (yorğan, döşək, balış və s.) topladığını və bunları düzgün şəkildə birləşdirərək içində yatdığını görsəniz, nə düşünərsiniz? Gələcəyiniz ən məntiqli nəticə bu uşağın hələ ana bətnində ikən qeyri-adi bir yolla ''tərbiyələndiyini'' düşünməkdir.

Nəzərə alın ki, tırtılın vəziyyəti ilə bu misaldakı uşağın vəziyyəti eynidir.

Bu da bizi yenə eyni nəticəyə gətirir: bu canlılar onları yaradan Allahın müəyyən etdiyi şəkildə doğulur, davranır və yaşayırlar.
Quranda Allah bal arısına vəhy etdiyini və ona bal hazırlamağı əmr etdiyini xəbər verərək əslində canlılar dünyasındakı böyük sirrin bir nümunəsini göstərmişdir (''Nəhl'' surəsi, 68-69). Bu sirr bütün canlıların Allahın iradəsinə boyun əyərək Onun təyin etdiyi taleni yaşadıqlarından ibarətdir. Buna görə də arı bal, ipəkqurdu isə ipək hazırlayar.
(məqalə harun yahya)