BOMBARDMAN BÖCƏYİ



Böcəklər arasında üzərində ən çox araşdırma aparılanlardan biri bombardman böcəyidir. Bu böcəyi belə populyar edən xüsusiyyət isə onun özünü düşmənlərindən kimyəvi metodlardan istifadə edərək müdafiə etməsidir.

Böcək təhlükə anında özünü qorumaq üçün bədənində saxladığı hidrogen-peroksidlə hidrokinonu düşmənin üzərinə atır. Bu iki maddə böcəyin vücudundakı iki ayrı ifrazat vəzisi tərəfindən ifraz olunur. İfraz olunan maddələr saxlama kamerası deyilən iki xüsusi bölmədə toplanır. Bu bölmələr də partlama kamerası deyilən bir bölümlə əlaqədə olur. İki bölüm bir-birindən bir neçə əzələ ilə ayrılır.

Böcək hədələndiyini başa düşdüyü zaman bu əzələni sıxır və saxlama kameralarındakı maddələr partlama kamerasına keçir.
Orada olan maddələrin vasitəsilə yüksək miqdarda istilik bayıra çıxır və bu bölümdə bir buxarlanma olur. Bu zaman bayıra çıxan buxar və oksigen qazı bölmənin divarlarına təzyiq edir və aradakı əzələnin köməyi ilə bu kimyəvi maddə düşmənə atılır.

Bir böcəyin belə qüvvətli və özünə zərərli kimyəvi reaksiya əmələ gətirən sistemi içində saxlaya bilməsi, özünü bu sistemin zərərindən izolə edə bilməsi hələ tədqiqatçılar üçün sirrini qorumaqdadır. Şübhəsiz ki, bu sistemin varlığı və işləməsi böcəyin ağlı ilə bağlana bilməz. Belə bir sistem ancaq mütəxəssislər tərəfindən laboratoriyalarda həyata keçirilərkən, bombardman böcəyinin bunu 2 sm-lik bədənində necə həyata keçirdiyi hələ də aydın deyil.

Aydın olan tək həqiqət isə bu böcəyin təkamül nəzəriyyəsinin çürüklüyünə konkret bir dəlil olmasıdır. Çünki bu kompleks kimyəvi sistemin bir-birini izləyən təsadüfi dəyişmələr nəticəsində əmələ gəlməsi və gələcək nəsillərə ötürülməsi mümkün deyildir. Əgər sistemin bir parçasında əskiklik və ya ''zədə'' olsa, bu, böcəyin müdafiəsiz qalaraq ölməsi, ya da özü özünü partlatması ilə nəticələnəcəkdir. Bu halda tək açıqlama böcəyin vücudundakı kimyəvi silahın bütün parçaları ilə bir anda və tam şəkildə var olmasıdır.
(məqalə harun yahya)