KAMUFLYAJ



Heyvanlardakı müdafiə metodlarından biri də kamuflyajdır. Bəzi heyvanların bədən quruluşu yaşadıqları mühitə son dərəcə uyğun şəkildə yaradılmışdır. Bu canlıların vücudları yaşadıqları şəraitlə o qədər uyğundur ki, şəkillərinə baxdığımız zaman bəzilərinin bir bitkiyə, ya da bir heyvana aid olduğunu başa düşmək və ya mühitdə olan heyvanı seçmək çətin olur. Böcəyin inanılmaz dərəcədə yarpağa bənzəməsi düşmənlərinin onu görməsinin qarşısını alır. Əlbəttə, bu kiçik heyvan qorunmaq məqsədi ilə öz vücudunu yarpağa bənzətməmişdir. Ancaq kamuflyaj o qədər ustalıqla yaradılmışdır ki, xüsusi şəkildə planlanıb ''yaradılmış'' bir müdafiə metodu olduğu aydın görünür.

Bəzi kəpənəklər qanadlarını açdıqları anda qarşımıza bir cüt göz çıxır. Bu gözlər düşməni qarşısındakının bir kəpənək olmadığına əmin etməkdədir.

Xüsusilə yandakı şəkildə Şönlinq kəpənəyi kimi bəzi kəpənək növləri saxta üzləri, ortasındakı pırıltıları ilə, gözləri, üz xətləri, çatıq qaşları, ağız və burunları ilə elə mükəmməldirlər ki, ortaya çıxan görünüş bir çox düşmən üçün olduqca çəkindiricidir.



Allahı inkar etməkdə israrlı olan biri bu qeyri-adi görünüşü ''maraqlı bir təsadüf'' kimi qəbul etmiş, ya da ''kəpənək faydalı olacağını düşündüyü üçün vücuduna belə şəkil vermişdir'' deyə bir iddia irəli sürmüşdür. Əgər biri belə iddia irəli sürüb, bu mükəmməl cizgilərin sadəcə olaraq təsadüfən əmələ gəldiyini söyləyirsə, ağıl sahibi olan insanlara da söylənməli söz qalmır. Çünki belə iddia ağla və sağlam düşüncəyə ziddir.

Saxta gözlər

Heyvanlar aləmində bir insanın heç ağlına gəlməyəcək qədər maraqlı qorunma metodları vardır. Bu metodlardan biri saxta gözlərdir. Müxtəlif kəpənək, tırtıl və balıq cinsləri bu saxta gözlər sayəsində düşmənlərini ''təhlükəli'' olduqlarına inandırırlar.
Şəkillərdə göstərilən kəpənəklər təhlükədə olduqlarını hiss etdikləri an qanadlarını açarlar və hər iki qanadda düşmənləri hürküdəcək bir cüt göz əmələ gələr. Bu kəpənəklərdən birini yemək üçün gələn quş isə ani olaraq qarşılaşdığı gözlərə görə çox təəccüblənərək geri çəkilər.

Düşünək: son dərəcə inandırıcı olan bu göz təsvirləri bir təsadüfün əsəri ola bilərmi? Bu kəpənək qanadlarını açınca ortaya bir cüt hürküdücü gözün çıxacağını və bu görünüşün düşməni qorxudacağını haradan bilir? Kəpənək qanadlarındakı bu naxışı görə, sonra da onun hürküdücü olduğuna və bir təhlükə anında istifadə edilə biləcəyinə qərar verə bilərmi?

Əlbəttə, bu qədər inandırıcı görünüş təsadüflərin deyil, şüurlu bir planın məhsulu ola bilər. Bundan başqa, əlbəttə, kəpənəyin öz qanadlarındakı naxışlardan xəbəri olduğu və bunu bir qorunma metodu kimi öz-özünə əldə etdiyi düşünülməz. Aydındır ki, kəpənəkləri yaradan Allah həm onların vücuduna belə bir şəkil, həm də onlara təhlükə anında bu şəkildən istifadə edəcək instinkt vermişdir.



Soldakı şəkildə müren balığının həqiqi başı və gözləri görünür. Sağdakı şəkildə isə müren balığı yuvasının içinə girir və bir cüt saxta göz olan quyruğunu bayırda saxlayır. Bu gözlər üzündən onu oyaq hesab edən balıqlar yuvaya yaxınlaşmırlar.
(məqalə harun yahya)