QANADLARDAKI SİMMETRİYA



Şəkillərdə görülən kəpənəklərin qanadlarına diqqətlə baxdığımız zaman qüsursuz bir simmetriyanın şahidi oluruq. Bu cür görünüşü olan qanadlar şəkillərlə, xallarla, rənglərlə bəzəkli yaradılmış və nəticədə hər biri sənət möcüzəsi olan görüntülər meydana gəlmişdir.

Bu kəpənəklərin qanadlarına baxanda nə qədər qarışıq olsa da, hər iki tərəfdəki naxışların və rənglərin tamamilə eyni olduğunu görərik. Hətta ən kiçik bir nöqtə də hər iki qanadda eyni yerdədir, ona görə də ortaya qüsursuz bir quruluş və simmetriya çıxır.
Eyni zamanda, o incə qanadlardakı bir rəng digərinə oxşamır və kəskin cizgilərlə bir-birilərindən ayrılır.



Lakin bu rənglər üst-üstə düzülən pulcuqların bir yerə yığılması ilə əmələ gəlir. Əlinizi toxundurduğunuz an dağılan bu pulcuqlar necə olur ki, sıralarını heç dəyişik salmadan eyni naxışı saxlayaraq iki qanadda da düzülə bilir? Tək bir pulcuğun belə yer dəyişdirməsi qanadlarındakı simmetriyanın pozulmasına və estetikanın itməsinə səbəb ola bilər.

Lakin yer üzündəki heç bir kəpənəyin qanadında bir nizamsızlıq görməzsiniz. Sanki hər biri bir rəssamın əlindən çıxmış kimi düzgün və estetik görünüşlüdür. Çünki bu, həqiqətən də üstün bir Yaradıcının- Allahın əsəridir.
(məqalə harun yahya)