TERMİT YUVALARI



Heç kim bir termit koloniyasının (sürü) torpaq üzərində inşa etdiyi yuvanı görüncə təəccüblənmədən keçməz. Çünki termit yuvası hündürlüyü təxminən 5-6 metrə qədər olan bir memarlıq abidəsidir.

Bir termitin boyu ilə inşa etdiyi yuvanın boyunu müqayisə elədiyimiz zaman onun özündən təxminən 300 dəfə böyük bir memarlıq layihəsini müvəffəqiyyətlə həyata keçirdiyini görərik. Fəqət, bunun daha da təəccübverici bir tərəfi vardır ki, o da termitlərin kor olmalarıdır.

Kor termitlərin əmələ gətirdikləri bu nəhəng yuvaları daha öncə heç görməyən biri bunun qum yığınlarının üst-üstə yığılması ilə əmələ gəldiyini düşünər. Ancaq termit yuvası ağlagəlməyəcək qədər mükəmməl bir plan əsasında düzəlir.


Belə ki, termit yuvasının içində tunellər, keçidlər, havalandırma sistemləri, xüsusi göbələk istehsaletmə baxçaları və təhlükəsizlik çıxışları vardır.



Görməyən minlərlə insanı bir yerə yığsanız, hər cür texniki alətləri də ixtiyarlarına versəniz, əsla bir termit koloniyasının düzəltdiyi yuvaya bənzər bir quruluş inşa edəcəklərinə təminat verə bilməzsiniz. O halda düşünün:

* 1-2 sm boyu olan bir termit bu qədər incə bir dizayn qura biləcək memarlıq və mühəndislik biliklərinə necə yiyələnib?

* Görməyən minlərlə termit bu sənət möcüzəsi olan tikilini əmələ gətirmək üçün harmoniya içində işləməyə necə müvəffəq olmuşlar?

* İnşasına başlanan bir termit yuvasını başlanğıc mərhələsində ortadan iki yerə ayırsanız və daha sonra birləşdirsəniz, bütün keçidlərin, kanalların və yolların bir-biri ilə düz gəldiyini görərsiniz. Bu möcüzəvi hadisə necə açıqlana bilər?

Buradan çıxan nəticə budur: Allah yaratdığı canlıları bənzərsiz və örnəksiz yaratmışdır və tək bir termit yuvası da insanın Allahı dərk etməsi, hər şeyi yaradanın Allah olduğuna inanması üçün kifayətdir.
(məqalə harun yahya)