BERTHOLLETIA TOXUMLARI VƏ AGOUTI



Cənubi Amerikada yetişən Bertholletia ağaclarının kapsula içindəki toxumları yetişib torpağa düşdükdən sonra bir müddət yerdə qalır. Bunun səbəbi heyvanların marağını çəkəcək heç bir xüsusiyyətlərinin olmamasıdır. Bu toxumların qoxusu yoxdur, xarici görünüşü də diqqət çəkici deyil, bundan əlavə qabıqlarını qırmaq çox çətindir. Ancaq bu ağacın nəslinin artması üçün kapsulanın içindəki fındıqlar çıxarılıb torpağın altına basdırılmalıdır.

"Yer üzündə elə bir canlı yoxdur ki, Allah onun ruzisini verməsin. Allah onların sığınacaqlarını da, əmanət qoyulacaq yerlərini də bilir. (Bunların) hamısı açıq-aşkar kitabdadır." (Hud Surəsi, 6 )

Cənub Amerikada yaşayan bir gəmirici növü olan Agouti, bu qalın və qoxusuz qabığın altında özü üçün yemək olduğunu bilir. Agoutilərin dişləri kəsici və itidir. Xüsusi diş strukturları sayəsində toxumların sərt kapsulalarını asanlıqla qıra bilirlər. Təkcə bir kapsula içində təxminən 20-yə yaxın fındıq olur. Bunların hamısını Agouti bir səfərdə yeyə bilmir. Agouti, ağzında fındıqları daşıyır və onları açdığı kiçik dəliklərə yerləşdirdikdən sonra üstünü örtür. Agoutilər bu əməliyyatı fındıqları daha sonra yemək məqsədilə etdiklərinə baxmayaraq, basdırdıqları fındıqların çoxunu daha sonra tapa bilmirlər. Bu da Bertholletia ağacına sərf edir. Bu sayədə ağacın toxumlarından bir çoxu torpağın içinə cücərmək üzrə basdırılır.

AGOUTI



Gördüyümüz kimi Agoutinin bəslənmə şəkli ilə Bertholletia ağaclarının çoxalma şəkli, bir-birlərinə son dərəcə uyğundur. Bu uyğunlaşma təsadüfən ortaya çıxmış uyğunlaşma deyil. Bu canlılar bir-birini təsadüfən kəşf etməyiblər. Çünki bu ağacın nəsil artımı və mövcudluğu var olduğu ilk gündən etibarən Agoutinin varlığına bağlıdır. Bu da bu iki canlının bir-birlərinə uyğun şəkildə yaradıldıqlarını bizə göstərir.

Hər iki canlının da bütün sistemləri bir-birlərinə fayda verəcək şəkildə təşkil edilmişdir və əlbəttə, bir tənzimləmə varsa, bir Nizamlayan də vardır.

Bu canlıları tək bir yaradıcı, yəni Allah yaratmışdır. Təbiətdə sonsuz nümunələri olan bu uyğunlaşma heç şübhəsiz ki, çox üstün bir ağlın məhsuludur. Sonsuz ağıl sahibi olan Allah, hər iki canlını bu xüsusiyyətləriylə birlikdə yaratmışdır.
(məqalə harun yahya)