QUŞLAR İNŞAAT BİLİKLƏRİNƏ SAHİB OLARAQ DOĞULURLAR



İnşaat insanların həyatını asanlaşdırmaq, sığınacaq tapmaq, istirahət etmək, işləmək, əylənmək kimi fəaliyyətlərini davam etdirə bilmələri üçün sənət və elm olaraq tərif edilə bilər. İnşaat mühəndisi insanın ehtiyaclarına uyğun olan binanı tikərkən ətraf mühitin bütün şərtlərini nəzərə almalı, hazırladığı binanın rahat və gözəl olmasına diqqət yetirməlidir. Ümumiyyətlə, bir adam memarlıq sənətinə yiyələnmək üçün illərlə təhsil almalı və çox bilikli olmalıdır.
Göründüyü kimi, insanların yalnız bol səbr və dözümlülük tələb edən bir məşğuliyyətdən sonra memar ola bilməsi mümkündür. Halbuki tikinti mövzusunda ən usta canlılar kimi tanınan quşların ev tikmək üçün uzun bir səy göstərmələrinə ehtiyac yoxdur. Çünki hər quş növü özünə xas yuvaqurma texnikalarına sahib olaraq doğulur və heç yanılmadan bu qüsursuz xüsusiyyətlərini həyatları boyunca yerinə yetirirlər. Quşlar yuva qurmaq üçün torpağı qazır, palçığı birləşdirir və ya budaqları üst-üstə qoyur və çox diqqətlə işləyərək möhkəm divarlar hörürlər.

Quşların yuva qurmalarının məqsədi yumurtalarını qorumaq və balalarını böyütməkdir. Ancaq bəzi quşlar çoxalma dövründə dişilərinə nümayiş etdirmək üçün yuvalarını bəzəyir və cazibədar edirlər. Ancaq balalar uçmağı öyrəndikdən sonra yuva artıq vəzifəsini sona çatdırır və il ərzində ailənin eyni yerə qayıtması, ya da yeni sahiblərinin gəlməsi üçün təbiət şərtlərinə davam gətirməyə çalışırlar. Bəzi quşların qayalara bənzər tikdiyi yuvalar möhkəmlikləri ilə heyrət oyandırır, yuvalarını balalarını ovçulardan qorumaq üçün qayanın rənginə uyğunlaşdırmaları da kamuflyaj texnikasından qüsursuz şəkildə istifadə etdiklərini göstərir. Sərçə böyüklüyündə olan, ağılı və şüuru olmayan bu canlıların öz iradələri və ağılları ilə bu cür dözümlü və hərbi müdafiə texnikasına sahib yuvaları qurması əlbəttə ki, qeyri-mümkündür.

Quşların və digər canlıların davranışlarında görülən ağılın, məlumatın və qabiliyyətin qaynağının yeganə izahı hamısını bu canlılara Uca Allahın ilham etməsidir. Uca Allah bu canlıları yaratmış, onlara qorunma, ovlama, bəslənmə, çoxalma üsullarını ayrı-ayrı ilham etmişdir. Üstəlik memar bir ana və ya atanın, memar bir uşağının olma ehtimalı, uşağın o peşəni davam etdirmək istəyi, bunun üçün uzun illər təhsil alması səbəblərə bağlı deyil, həm də quş balalarının yetkin hala çatdıqlarında yuvalarını inşa edə bilməməsi kimi bir problemləri ola bilməz. Çünki quş balaları doğulduqları vaxtda yuvaqurma məlumatına sahibdirlər və özlərinə etibarlı bir mühit təmin edən yuvalarını böyüyüb yetkin hala çatdıqlarında heç bir təhsil almadan ustalıqla qurarlar. Təkamülçülərin iddia etdiyi kimi nə " ana təbiət", nə də təsadüflər bu canlıları son dərəcə kompleks yuva tikmələri üçün proqramlaşdıra bilməz.

Uca Allah Quranda"Rəbbin bal arısına belə vəhy etdi: “Dağlarda, ağaclarda və (insanların) düzəltdikləri çardaqlarda özünə pətəklər hör." (Nəhl surəsi, 68) deyərək bal arısına yuvasını qurmağı vəhy etdiyini bildirmişdir. İnsanların memar ola bilmək üçün uzun illər səy göstərməsinə baxmayaraq, bal arısında olduğu kimi, canlıların hamısının yuvalarının yerini, inşaat texnikalarını, istifadə edəcəkləri vəsaitləri doğulduqları andan etibarən bilmələri, bu məlumatları gələcək nəsillərə ötürmələri sonsuz mərhəmət və şəfqət sahibi olan Uca Rabbimizin ilhamıdır.
Quş yuvaları ilə əlaqədar diqqət çəkən məlumatlar

Bir çox quş yuva istehsalında palçığa da yer verir. Yuvaya forma verə bilmək, möhkəmləndirmək üçün palçıqdan faydalanır. Bəzi növlər də palçıq yerinə yuvanın xaricini möhkəmlədirmək üçün heyvan peyinlərindən və tüpürcəklərindən istifadə edirlər. Bəzi yuvaların suvağı elə tünd olur ki, kənardan yalnız girişləri ayırd edilir.

Yuva qurmaq quşların balalarına öyrətdikləri bir şey deyil. Yaradılışdan mövcuddur. Quş Allahın onlara öyrətməsilə nəyi, nə vaxt, necə edəcəyini bilir. Ümumiyyətlə, erkək quş məkanı və yuvada istifadə edəcəkləri vəsaiti tapır. Dişi isə yuvanın qurulacağı yerdən ayrılmır və seçdikləri bölgələri qoruyur. Yuva qurmağa xaricdən başlayırlar, ilk olaraq kiçik dairələr yaradılır, dairələr kiçildikcə quruluş daha sıxlaşır. Ən son olaraq da yuvanın girişi diqqətlə qurulur. Bu bölgə başqa quşların sinələrindən qopan yüngül tüklərdən meydana gəlir.

Qazırlar, birləşdirirlər, üst-üstə qoyurlar, divar kimi hörürlər. Çox diqqətlə işləyirlər. Bütün bu fədakarkılqları yalnız bir il üçün edirlər. Bir çox quş növü hər il yeni yuva qurur.

Klassik yuva bir-birinə keçmiş otlardan, yarpaqlardan, kiçik budaqlardan meydana gəlir. Sərçələr və qumrular yuvalarını ağac budaqlarının arasında bu vəsaitdən istifadə edərək qururlar. Belə yuvalar çox vaxt və əmək tələb edir, müəyyən bir müddət köməyə möhtac olan balalar üçün ideal bir sığınacaq yeri olur. Bəzi quşlar da, leyləklər kimi yuvalarını damların üstündə, ya da bəzi ağacların gövdələrində qururlar.

Yuva istehsalı həmişə xaricdən dairəvi hərəkətlərlə hörülməyə başlayır. Xarici bölgədə həmişə iri vəsaitdən istifadə edilir. İçəriyə doğru dairələr daraldıqca daha xırda vəsait istifadə edilməyə başlanır. Ən sonda isə yataq və giriş üçün istifadə edilən tüklər yuvanın içinə gətirilir. Dişi quş sinəsinin və quyruğunun köməyilə yuvanın içini formaya salır.

Quşlar arasında yuva istehsalı mövzusunda bir yarışma təşkil edilsə, şübhəsiz ki, birincilik mükafatı uzun quyruqlu dərzi quşuna verilə bilər. Bu quş iki böyük yarpaqdan birini döşəmə, digərini tavan olaraq istifadə edir, dimdiyindən iynə, kiçik budaqlardan da iplik kimi istifadə edən quş yağışdan bu yuva sayəsində xilas olur.

Quruda yaşayan quşlarla dəniz kənarında yaşayan quşlar arasında bəzi fərqlər var. Məsələn, dəniz qaranquşu yuvasını qurmaq üçün yosunlardan, qurumuş dəniz bitkilərindən faydalanır. O, yuvanısını möhkəmləndirmək üçün kiçik daşlardan, balıqqulağından istifadə edir.

Balalar üçün qurulan quş yuvalarının ən əhəmiyyətli məqsədlərindən biri balaları soyuqdan qorumaqdır. Balalar tüksüz doğulurlar və eyni zamanda çox hərəkət edə bilmədikləri üçün əzələlərini heç işlədə bilmirlər. Bu səbəblə balaların donmamaları üçün soyuqdan təcrid edilmiş yuvalara ehtiyacları vardır. Xüsusilə "hörgü yuva" bu istiliyi balalara təmin edə bilir. Bu yuvaların istehsalı isə olduqca geniş və çətindir. Dişi quş yuvanı çox uzun bir müddətdə böyük bir etina ilə hörərək meydana gətirir. Eyni zamanda, yuvanın içini lif və tüklərlə doldurur ki, bununla da yuvanın istiliyini və təhlükəsizliyini təmin etmiş olur.

Hər cür yuva üçün vəsait təmini son dərəcə əhəmiyyətlidir. Quşlar gün boyunca inşaat edəcəkləri yuva üçün lazımi vəsaiti toplayırlar. Quşların dimdikləri və ayaqları müxtəlif vəsaitləri daşımaq və istifadə etmək üçün xüsusi şəkildə yaradılmışdır. Yuvanı qurmaq dişiyə, yuvanın qurulacağı bölgəni seçmək isə erkəyə aiddir. Quşlar memarcasına qurulmuş şah əsərlərini palçıq, yarpaq, sarmaşıq, tük və kağız kimi maddələrdən faydalanaraq edirlər. Quş yuvalarının xüsusiyyətləri istifadə etdikləri vəsaitlərdən və tətbiq etdikləri texnikalardan asılıdır. Yuvalar üçün istifadə edilən vəsaitin elastikliyi, möhkəmliyi və sərtliyi diqqəti cəlb edir.

Ayrıca müxtəlif növ vəsaitlərdən istifadə edərkən yuvanın quruluşunun qoruyuculuq xüsusiyyəti artır. Yəni palçıqla bitki liflərini qarışdırmaq yuvadakı çatlamasının qarşısını alır.

Dəniz kənarındakı qayalar hər növün özünə aid olan bir mənzili kimidir. Quşlar düşmənlərinə, həyat tərzlərinə və yeməklərinin vəziyyətinə görə öz yerlərini seçirlər. Əksəriyyəti özlərinə ayrılan yerdən kənara çıxmır, başqalarının yuvasının olduğu hissəni də işğal etmirlər.

Quşlar arasında ən maraqlı yuvalara Afrika savannalarında rast gəlinir. Ağac budaqlarından sallanan bu yuvalar balalar üçün bir sığınacaqdır və bu yuvalara ilanlar belə girə bilmir.

Evin sahibi dişi leylək yuvasını damda qurur və balalarını çıxarır. Bala böyüyüb artıq bir yuvaya ehtiyac hiss etməsə də, bu yuva ana leylək tərəfindən gələn il istifadə edilir.

Dəvəquşları bir yuva qurmurlar, amma erkəyin ağırlığı qumun üzərində dişinin yumurtalarını qoya bilməsi üçün lazım olan dərinliyi təmin edir.

Afrikaya xas leyləyə və vağ quşuna bənzəyən bir quş olan Scopus Umbretta qübbə şəklindəki ən böyük yuvanı quran quşdur.

Ağcaqanad quşu Melisunga Helenaenin yuvası isə iki sm. uzunluğundadır, yəni ən kiçik yuva onundur.

Meşə hind toyuğu Catheturus Lathami torpağın altında yuva qurur. İçi qurumuş otlardan ibarət olan bu yuva yağış yağdıqca balalar üçün təbii istilik meydana gətirir.

Torağay quşu torpaq üzərində qurduğu yuvanı ətrafdakı çiçəklərlə saxlayır.

Yaşıl ağacdələn yuvasını ağacın içini oyaraq qurur.

Qırqovulun bitkilərlə dəstəklənmiş yuvası torpaq üzərində olur.

Sümsükquşu-qarabatdaq yosunlardan ibarət olan yuvasını qayanın təpəsində qurur.

Dəniz qağayılarının yuvası qumların altında qalır.

Dəniz təlxəyi Fratercula Arctica dovşanların dəniz kənarında buraxdıqları yuvalardan istifadə edir.

Qağayının yerə paralel qurulmuş yuvası balıq qalıqlarından və yosunlardan meydana gəlir.

Qütb qağayısı Fulmarus Glacialis üçün qaya üzərindəki bir daş parçası da kifayətdir.

Telli durna Phoenicopterus Ruber qayalar üzərində konus formasında palçıqdan bir yuva qurur.

Kiçik dəniz sağsağanı Alle Alle qayaların içindəki bir oyuqları özünə yuva seçir.
(məqalə harun yahya)