KƏPƏNƏK QANADLARI



Elm adamları işıq yayan təsirli və faydalı cihaz kəşf etdikdə eyni metoddan kəpənəklərin 30 milyon ildən bəri istifadə etdiklərini bilmirdilər! Qısa şəkildə LED adlandırılan işıq yayan diodlardan (tək istiqamətə elektrik axınını ötürən dövrə komponenti) əsasən elektron cihazların göstəricilərində və avtomobilərin stop lampalarında işıqlandırma məqsədilə istifadə edilir. Ancaq normal LED-lərdən çıxan işıq ilə düzgün şəkildə işıqlandırma olmur. Elm adamları bunun səbəbini işığın zəif yayılması ilə açıqlayırlar. 2001-ci ildə dünyanın qabaqcıl texnologiya universitetlərindən MTİ-də (Massaçusets Texnologiya İnstitutu) Aleksey Erçak və həmkarları daha faydalı LED düzəltməyi bacardılar. Elm adamları MTİ-də təkmilləşdirilən LED-nin xarici təbəqəsinə işığın daha yaxşı yayılması üçün üçbucaq qəfəs formasında dəliklərdən ibarət iki ölçülü fotonik kristal yerləşdirdilər.

Beləliklə, bu LED-də “Bragg reflektorları” adlandırılan reflektorlarla işığın elm adamlarının istədiyi istiqamətdə yayılması da təmin edildi. Əldə edilən LED standard növlərə nisbətən çox böyük işıq saçma qabiliyyətinə malikdir. Haçaquyruqlar Şərqi və Mərkəzi Afrikada yaşayan kəpənək növüdür. Bu kəpənəklər işıqdan yeni LED texnologiyasındakı kimi istifadə edirlər. Afrika haçaquyruqlu kəpənəklərinin bu texnologiyadan 30 milyon ildən bəri istifadə etdiklərini ilk dəfə açıqlayanlar İngiltərədəki Ekseter Universitetindən Pitr Vukusik və Lan Huperdir. Bu kəpənəklərin qanadları tünd rəngdədir və üzərində parlaq mavi və ya mavi-yaşıl nöqtələr var. Elm adamlarını təəccübləndirən cəhət kəpənəklərin qanadlarındakı pulcuqların piqmentli iki ölçülü fotonik kristallar kimi fəaliyyət göstərməsi və sıx fluoresyent işıq verən formada düzülməsidir. Kəpənəklərin qanadlarına rəng verən piqmentlər ultrabənövşəyi işığı udaraq fluoresyent lampalar kimi parlaq mavi-yaşıl işıq kimi geri yayırlar.

Piqmentlər qanadın səthi boyu bərabər şəkildə yayılmış mikrodəliklərdən ibarət bölgədə yerləşir. Qanadın üzərindəki pulcuqların içində yerləşən silindrşəkilli dəliklər eynilə yeni LED-lərdəki fotonik kristallara uyğun gəlir. Əgər belə olmasaydı, kəpənək qanadlarından yayılan işığın böyük hissəsi itəcəkdi. Güclü LED-lərdəki texnologiya ilə kəpənəyin qanadındakı işıq saçma sistemi arasındakı bənzərlik bununla bitmir. Kəpənəyin qanadındakı pulcuqların altında fluoresyent işığı yuxarıya doğru əks etdirən güzgü də olur. Bunlar güclü LED-lərdəki “Bragg reflektoru” ilə eyni funksiyanı yerinə yetirirlər. Kəpənəyin işıq sistemində LED-lərdəki kimi öz radiasiya enerjisini hazırlayan yarımkeçirici yoxdur. Dr. Vukusik BBC-nin internet səhifəsində yerləşdirilən müsahibəsində kəpənəkdəki bu xüsusiyyətin əldə edilən keyfiyyəti iki qat artırdığını bildirir. Buna bənzər cihazın dövrümüzün texnologiyası ilə düzəldilməsi bu işıq saçma sisteminin təsadüfən əmələ gəldiyini irəli sürmək tamamilə ağıldankənardır. Aydındır ki, Allah haçaquyruq kəpənəyi və digər kəpənəklərlə xəbərləşmək üçün istifadə etdiyi mükəmməl işıq saçma sistemini qüsursuz
(məqalə harun yahya)