SUYUN QƏRİBƏ ÖZƏLLİYİ



Hamımızın bildiyi kimi, su 1000 C istilikdə qaynayır və 00 C soyuqda donur. Ancaq normal halda suyun 1000 C deyil, 1800 C-də qaynaması lazımdır. Niyə? İzah edək.

Kimyəvi elementlərin dövri cədvəlində elementlər yüngüldən ağıra doğru düzülüblər. Bu düzən özünü hidrogenin birləşmələrində daha qabarıq göstərir. Dövri cədvəldə oksigenin qrupunda yerləşən elementlərin hidrogenlə birləşmələri "hidrid" adlandırılır.

Suyun adı əslində "oksigen hidridi"dir. Bu qrupdakı digər elementlərin hidridləri də suyla eyni molekul quruluşuna malikdirlər. Bu birləşmələrin qaynama nöqtələri kükürddən başlayaraq, daha ağır olanlara doğru qanunauyğun şəkildə düzülürlər. Amma heç gözlənilməyən halda, suyun qaynama nöqtəsi istisna təşkil edir. Su (oksigen hidridi) qanunauyğun şəkildə olması lazım olan temperaturdan 80 dərəcə aşağıda qaynayır.

Digər qəribə bir məqam isə suyun donma nöqtəsilə bağlıdır. Yenə də dövri sistemdəki qaydaya görə, suyun 1000 C istilikdə qatılaşması lazım idi. Ancaq su bu qaydanı da pozur və düz 1000 C dərəcə aşağı nöqtədə qatılaşır, yəni buz halına gəlir. Sual olunur: niyə başqa hidrid yox, məhz su bu xassəyə sahibdir?

İstər fizika, istər kimya qanunları, istərsə də "qanun" adı verdiyimiz digər nələr varsa, hamısı insanların kainatdakı fövqəladə yaradılışın detallarını açıqlamaq cəhdlərindən başqa bir şey deyillər. Xüsusilə də XX əsrdə bu yöndə aparılan araşdırmalar kainatdakı bütün göstəricilərin insanların yaşamına ən uyğun şəkildə hesablandığını ortaya qoyub. Araşdırmalar kainatdakı bütün fiziki, bioloji, kimyəvi və s. qanunların, atmosferin, Günəşin, atomların, molekulların məhz insanın yaşamı üçün uyğunlaşdırıldığını göstərib. Su da həmçinin heç bir başqa mayeylə müqayisə olunmayacaq qədər insan yaşamına uyğundur və dünyanın böyük bir hissəsi həyat üçün lazım olan miqdarda suyla doldurulub. Bütün bunların əsla təsadüf ola bilməyəcəyi və ortada möhtəşəm bir planlaşdırmanın varlığı göz qarşısındadır.

Suyun insanı heyrətə salan fiziki-kimyəvi özəllikləri bu mayenin məhz bəşəriyyət üçün yaradıldığını göstərir. Allah su ilə insanlara həyat verib və onların yaşamaları üçün lazım olan hər şeyi su ilə torpaqdan bitirib. Və uca Rəbbimiz Quranda insanları bunun üzərində düşünməyə çağırır:

"Göydən su endirən Odur. Biz o su ilə hər bir bitkini yetişdirdik, yaşıl fidanlar göyərtdik, onlardan bir-birinə sarmaşmış dənələr çıxartdıq. Biz xurma ağacından, onun tumurcuğundan bir-birinə sarmaşmış salxımlar yetişdirdik. Üzüm bağları, bir-birinə bənzəyən və bənzəməyən zeytun və nar yetişdirdik. Bar verdiyi vaxt meyvəsinə və onun yetişməsinə baxın. Şübhəsiz ki, bunda iman gətirən bir camaat üçün dəlillər vardır" ("Ənam"surəsi, 99).
(məqalə harun yahya)