NECƏ OLUR Kİ, PİŞİKLƏR GECƏ VAXTI ÇOX YAXŞI GÖRÜRLƏR?



Pişiklərin görməsi üçün azca işıq kifayətdir. Çünki pişiklərin gözləri bizim gözlərimizdən fərqli yaradılmışdır. Onların göz bəbəkləri qaranlıqda, həddən artıq çox işıq ala bilmək üçün böyüyərək yumrulaşır. Bu da onların qaranlıqda rahatlıqla görmələrini təmin edir.

Bundan başqa, pişiklərin gözlərində insanların gözlərində olmayan bir təbəqə var. Bu təbəqə, retina təbəqəsinin tam arxasındadır. Retinadan keçib bura gələn işıq təkrar retinaya doğru əks olunur. Bu təbəqə işığı geri əks etdirə bildiyi üçün retinadan iki dəfə işıq keçmiş olur. Bu sayədə pişiklər çox az işıqda, hətta insan gözünün görə bilməyəcəyi qədər qaranlıq mühitlərdə belə çox yaxşı görürlər. Pişiyə bu üstün xüsusiyyətləri verən Allahdır.

Allah heyvanları yaradışını bir ayəsində bu şəkildə bildirir:

"(Üstündə) yük daşınan və yük daşınmayan mal-qaranı da (yaradan Odur). Allahın sizə verdiyi ruzilərdən yeyin, şeytanın izi ilə getməyin! Şübhəsiz ki, o, sizin açıq-aşkar düşməninizdir." (Ənam, 142)
(məqalə harun yahya)