Azərbaycanı 2008-ci ildə Eurovisionda təmsil edən Elnur Hüseynov kimdir?

Elnur Hüseynov 1987-ci il martın 3-də Aşqabadda hərbçi ailəsində doğulmuşdur. Anası musiqi nəzəriyyəçisidir. 1992-ci ildə konservatoriya yanında istedadlı uşaqlar üçün ROXMİM-ə daxil olub, fortepiano sinfi üzrə təhsil almışdır. 1999-cu ildə Bakıya gələrək, 2000-ci ildə Tibb Texnikumunda diş texniki fakultəsinə daxil olmuşdur. 2001-ci ildə Asəf Zeynallı adına Musiqi məktəbinə daxil olur. Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyir. 2003-cü ildə "Sing your Song" tele-layihəsində Qran-priyə layiq görülmüşdür. 2004-cü ildə məktəbi bitirdikdən sonra stilist-bərbər peşəsini öyrənmişdir. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xor kapellasında, həmçinin kilsə xorunda işləmişdir. Sevda Məmmədovadan və Fidan Hacıyevadan dərs almışdır. Hazırda Rəşad Haşımovdan dərs alır.

2 fevral 2008-ci ildə Milli seçimin üç namizədin (Unformal, Elnur Hüseynov və Aynur İsgəndərli) arasında qalib olaraq, 2008-ci ildə Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanı ilk dəfə təmsil etmişdir.