Dəyirman qrupu bildiyimiz kimi 4 nəfərdən ibarətdir – ABD Malik, Elmir, Anar, Miri Yusif. Dəyirman 1999-cu ildən professional səhnədədirlər. İndiyə kimi 5 albomları işıq üzü görüb. 1. Azeri Meyk 2. Qurd 3. Gözümüz sözümüzdür 4. Corş Buş haralıdır 5. Atmosfer Bundan əlavə Miri Yusifin solo albomu “Avara” bu yaxınlarda çıxmışdır. 2003-cü və 2004-cü illərdə yəni 2 dəfə Respublika Sarayında Dəyirmanın möhtəşəm konserti baş tutmuşdur. Ən uğurlu duetləri Coolio ilə “I see you when you get there” mahnısı olmuşdur. Hətta bu mahnıya klip də çəkilmişdir. Bundan əlavə “Narko”, “Sarı gəlin”, Elnarə ilə duet mahnısı olan “Cibdə varsa pul” və s. klipləri mövcuddur.
[