Ağadadaş Ağayev



Ağadadaş Həmid oğlu Ağayev 1956-cı il yanvarın 10-da Cəlilabad rayonunun Hasıllı kəndində anadan olmuşdur. Uşaqlıq və gənclik illərinin ilk dövrünü doğma kəndinde yaşamışdır. O, orta məktəbi 1972-ci ildə Cəlilabadda başa vurmuşdur. Özünün etiraf etdiyi kimi, özünə məxsus səsi, avazı, zümzüməsi olsa da, bunu həmişe gizli saxlamış, bir kimsənin yanında heç vaxt oxumamışdır. 1972-77-ci illərdə A. Ağayev indiki N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetində təhsil almışdır.

1981-ci ilde özünün mahnılar toplusunu ilk dəfə qeyri-leqal şəkilde kaset variantında yaymışdır. Bununla da sənət dünyasına öz gəlişini təsdiqləmişdir. Həmin ili Respublika Sarayında kecirilən “İstedadlar Axtarırıq” müsabiqəsinin qalibi olub. Yekun konsertində "Qarabağ şikəstəsi", "Cahargah", T.Quliyevin "Onu bağışlamaq olarmı ?" kinofilmindən Qəmqin mahnını oxuyaraq səhnə fəaliyyətinə başlamışdır. 1983-cü ilin oktyabr ayının 31-de özünün ilk solo konsertini M.Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında vermişdir. 1984-cü ilden M.Maqomayev adına Filarmoniyada əməkdar kollektiv, Dövlət Mahnı və Rəqs ansamblının solisti kimi fəaliyyətə başlamışdır.

1985-ci ildə ilkinə televiziya ekranlarında görünüb.1988-ci ildən Azərbaycan TB-nin solistidir. Həmin ildən də xarici ölkələrdə qastrol konsertlerində davamlı surətdə cıxışlar edir. 1990-cı ildə Respublika Sarayında iki böyük solo konserti olub. 1994-cü ildə indiki Əlibey Hüseynzadə adına Azərbaycan Dövlət İncəsənət Universitetinin mədəni-maarif fakultəsini bitirmişdir. 1995-ci ilde Türkiyədə IV mahnılar toplusu lazer kompakt diske köcürülüb. Haqqında video klipler çəkilib. 1996-98-ci illərdə dəfələrlə Türkiyə televiziyasının rəsmi dəvəti ile mavi ekranların qonağı olub.

1998-ci ilin noyabr ayında Azərbaycan incəsənəti sahəsindəki yüksək xidmətlerinə görə müğənni Ağadadaş Ağayev Respublikanın əməkdar Artisti fəxri adına layiq görülmüşdür. 1999-cu ildə Azərbaycan Bayrağı mükafatı laureatı olub. 2000-ci ildə “Gəl qayıdaq o günlərə” (musiqisi Kamalın, sözləri Baba Vəziroğlunundur) adlı albomu çıxıb.