Xalq arasında daha çox 'Toylar Kralı' kimi tanınan Səməd Səmədov 1946-cı il sentyabrın 17-də Aşqabadda anadan olub.

1948-ci ildə zəlzələ nəticəsində ailəsi ilə birlikdə Bakıya, İçəri Şəhərə köçür. Məhz buna görə də Səməd Səmədovu 'Bakılı balası' adlandırırlar. Müslüm Maqomayev, Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu kimi dahi xadimlərlə birgə Bülbül adına musiqi məktəbinin skripka sinfini bitirdikdən sonra Ə.Zeynallı adına Peşə Musiqi Məktəbinin nəzəriyyəçi sinfinə daxil olur. Lakin Səməd Səmədov nəzəriyyədən tamamilə uzaqdır, ona görə ki, onun yaradıcılıq aliyyətinin istiqaməti başqadır.

Artıq 25 ildir ki Səməd Səmədov səhnədə və toylarda çıxış edir. Böyük müddətə baxmayaraq müğənniyə popularlıq yalnız 7 il əvvəl, Eldar Mansurovun bəstələdiyi 'Qızlar' mahnısını ifa etdikdən sonra gəlib. 2000-ci ildə əhali arasında aparılan sorğunun nəticələrinə görə Səməd Səmədov rəsmi olaraq 'Toylar Kralı' adını qazandı. Kralın başına tacı estradamızın korifeyi Mirzə Babayev qoyub. Səməd Səmədov xalqın məhəbbətini özünün ən böyük uğuru hesab edir. O, Müstəqil 'Qrant' Milli İçtimai Mükafatının ikiqat sahibi, 150 müxtəlif mahnının, 5 albomun, 20 klipin ifaçısıdır. Qeyd etmək lazımdır ki, Səməd Səmədov ötən onilliyin ən yaxşı toy müğənnisidir. 2001-ci il sentyabrın 17-də Eldar Bağırbəyovun baş prodüsser olduğu 'Ulduzlar Bağı'nda Səməd Səmədovun ad ulduzunun qoyulmuş.